“Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir”.Sumqayıt şəhərinin ölkəmiz üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu anlamaq üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırlamaq kifayətdir.Şəhəri bu qədər önəmli edən hansı amillərdir?Nə üçün Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılması vacib məsələ olaraq qiymətləndirilmişdir?
İlk öncə onu qeyd edək ki,Prezident İlham Əliyevin iqtisadi siyasətinin öncül istiqamətlərindən biri sənayeləşmə və sanayeninin inkişafıdır.Ölkəmizin əsas gəliri neft sahəsindən qazanıldığı üçün neftə və xaricdən gətirilən məhsullara olan asılılığın aradan qaldırılması üçün yerli məhsulların istehsalının artırılması, ixrac potensialının yüksəldilməsi əsas hədəf kimi qiymətləndirilir.Bu səbəbdəndir ki,sənaye şəhəri olan Sumqayıta dövlət qayğısı daim göstərilməkdədir.
Təhsilin inkişaf etdirilməsi hər bir dövlətin və xalqın gələcəyi olan gənclər üçün mühümdür.Bu səbəbə görə də digər sahələrdə olduğu kimi kimya və sənaye sahəsində çalışa biləcək savadlı,yerli kadrların hazırlanması üçün də əsaslı addımlar atılmaqdadır.Cari ilin 14 sentyabr tarixində İlham Əliyevin göstərişinə əsasən Sumqayıt Kimya Sənaye Parkı nəzdində Peşə təhsil mərkəzinin açılması bunun bariz sübutudur. İlk dəfədir ki,ölkədəki sənaye parkı nəzdində təhsil müəssisəsi yaradılır.
Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.Təhsil Mərkəzi keyfiyyətli avadanlıqlar və təchizatla təmin edilmişdir.
Təhsil mərkəzini daha da qiymətli edən amillərdən biri də burada təhsil alacaq yerli kadrlarımıza sənaye və kimya sahəsində verilən,beynəlxalq standartlar əsasında təşkil olunan təlimlərdir.Həmçinin mütəxəssislərdən dərs alan tələbələr Kimya Sənaye Parkında praktika da keçə biləcək.Bununla həm də onlar gələcəkdə iş tapmaq çətinliyi ilə üzləşməyəcək.Həmçinin,əlavə vəsait xərcləyərək xaricdən mütəxəssislərin gətirilməsinə də ehtiyac qalmayacaq.Çünki bu təhsil mərkəzinin sayəsində gələcəyin yerli və savadlı mütəxəssisləri yetişəcək.
Kimya Sənaye Parkı nəzdində təşkil olunmuş Peşə təhsil mərkəzi gələcək nəsillərə öz sonsuz töhfəsini göstərəcək.
Şəmilova Dünya Mərdan qızı
ADU tələbəsi, Nəsimi rayon gənci