Əlaqə Arxiv
news Image
2020.09.15
18:11
| A A A
Sumqayıt Cənubi Qafqazın 2-ci ən böyük sənaye mərkəzidir

      Azərbaycanın 2-ci ən böyük şəhəri Sumqayıtdır. Eyni zamanda Cənubi Qafqazın 2-ci ən böyük sənaye şəhəridir. Son illər Sumqayıtın potensialı daha da güclənir. Orada açılan sənaye parkı, şüşə zavodu, siqaret fabriki bunun sübutudur.
        Son illər daxili tələbatların yerli məhsullar hesabına təmin olunması bir gənc kimi məni də sevindirir. Burada Sumqayıt şəhərini, xüsusilə Sumqayıt Kimya Sənaye Parkını nümunə göstərmək olar. Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. Yerli şirkətlərin sayının artması və eyni zamanda gənclərin həmin şirkətlərdə çalışaraq yüksək məvacib almaları sevindirici bir haldır. Bu gündə özəl sektorlara dövlət tərəfindən güzəştlər olunmuşdur. Bu günkü şirkətlərin əsas məqsədi ondan ibarət olmalıdır ki, istehsalı artıraraq məhsulları həm ölkə daxilinə, həm də ölkə xaricinə ixrac etsinlər.
        Bu gün biz inkişaf etmiş regionlarımızın timsalında yeniləşən, güclənən Azərbaycanı görürürük. Elə bir rayon yoxdur ki, orada kənd təsərrüfatı ilə yanaşı sənayemiz də inkişaf etməsin. Cənab prezidentin çıxışı bir gənc olaraq məni çox sevindirdi. “ Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar”. Azərbaycan bizim vətənimizdir, namusumuzdur, babalarımızdan bizə qalan əmanətimizdir. Biz çalışmalıyıq ki, hansı ölkədə yaşasaq da, hansı ölkədə çalışsaq da doğma vətənimizlə daima əlaqə saxlamalı və eyni zamanda kommersiya, biznes sahələrinə öz töhfəmizi verməliyik. Əgər bütün bunlara əməl olunsa Azərbaycana investisiya axını dayanmayacaq. Biz gənclər inanırıq ki, cənab prezidentimizin apardığı uğurlu siyasət nəticəsində bütün bunlara nail olacağıq. 

İslam Məmmədov
Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz