Əlaqə Arxiv
news Image
2020.09.15
23:16
| A A A
Sumqayıt - sənaye şəhəri
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edir. Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin nəticəsində Sumqayıt yüksək məqsədə doğru qətiyyətlə irəliləyərək möhtəşəm nailiyyətlər əldə edib və əldə etməkdədir. Bu uğurlu addımlardan biri də Sumqayıt Kimya Sənaye Parkı barəsində verilən fərmanda öz əksini tapıb. 
     Sumqayıt Kimya Sənaye Parkında dinamik inkişaf edən məhsul istehsalı və ixrac prosesi mövcuddur. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə Sənaye Parkında istehsal olunmuş 534 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 33%-i ixrac edilib. Və bununla da Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu təsdiqlədi. Bu böyük bir nailiyyətdir.
     Sumqayıt Kimya Sənaye Parkının  ön plana çəkdiyi bir çox məqsədlər vardı ki, bunlarda: ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Kimya sənayesi məhsulları, o cümlədən qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər kimyası, məişət kimyası və əczaçılıq kimyası məhsulları, maşınqayırma sənayesi məhsulları, o cümlədən elektroenergetika üzrə məhsullar, dəzgah və alətqayırma, avtomobilqayırma, kənd təsərrüfatı üçün texnika və cihazqayırma məhsulları, metallurgiya sənayesi məhsulları, metallurji proseslər üçün qatqılar, o cümlədən qara və əlvan metal məhsulları, müxtəlif tikinti materialları, informasiya-kommunikasiya texnologiyaları məhsulları, yüngül sənaye məhsulları, qablaşdırma məhsulları və.s kimi prioritet istiqamətlərdə fəaliyyətlər mövcuddur. Biz bütün bu uğurlu addımlara görə  prezidentimiz- İlham Əliyev'ə minnətdarıq.
Ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın  ikinci böyük şəhəridir. Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma Sumqayıtımız yeni-yeni zirvələr fəth edəcəkdir.
Hüseynova Zeynəb
  Nəsimi rayon gənci                      
Sizin Reklam Yeriniz