Son vaxtlar ölkəmizdə aparilan kadr islahatının əsas xətlərindən biridə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının korrupsiya və məmur özbaşınalığı ilə bağlı apardığı mübarizədir.
Əfsuslar olsun ki,koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda öz şəxsi mənafeyini güdən dövlət məmurlarına rast gəlirik. Ən təccüblüsü də odur ki, bu məmurlar ölkə rəhbərinin korrupsiya və rüşvətxorluq haqda çağırış və xəbərdarlığına məhəl qoymamış, dövlətin xalqın malını talamışlar.
Belə məmurlar haqqında ölkə başçısının verdiyi qərarlar biz sadə insanları çox sevindirdi.
"Bu vicdansizliqdir, belə insanlara bizim aramızda yer yoxdur, onlar layiqli cəzalarını alacaqlar " deyə cənab prezident dəfələrlə çıxışlarında qeyd etmişdir.
Son bir neçə gün ərzində bir birinin ardınca rüşvət və korrupsiyaya bulaşan Icra başçılarının həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunması buna bariz nümunədir. Ölkə rəhbərinin fikrincə belə məmurların xəyanət yolunu tutaraq dövlətin və xalqın malını talaması bagişlanilmazdir. Onlara qarşı qanunun ən sərt forması mütləqdir.
Mən də sadə bir vətəndaş kimi ölkə rəhbərinin korrupsiya və məmur özbaşınalıqları haqqında gördüyü işləri mütəmadi olaraq izləyirəm. Onun məmur özbaşınalığına qarşı vacib addımları, verdiyi qərarları, imzaladığı sərəncamları çox təqdirəlayiq hesab edirəm. Ölkə rəhbərinin bu insanlara qarşı amansız olması bir daha sübut etdi ki, o hər zaman bizi düşünən, xalqı sevən, onun yanında olan müdrik prezidentimizdir.
Mən inanıram ki, hər bir azərbaycanlı ölkəmizdə baş verən yeni bir dövrün başlanğıcı olan bu hadisələri kənardan seyr etməyib əziz və layiqli prezidentimizə dəstək mövqeyi tutacaqlar.
Əziz Prezidentim!!!
Siz hər zaman ölkə vətəndaşlarına-qocaya, gəncə, uşağa, xəstə və koməksizə diqqət ayırmış, hər zaman bizlərin yanında olub həm maddi, həm mənəvi dəstək olmusunuz. Sizin bu diqqət və qayğının sayəsində sizi sevən və sizi dəstəkləyən müasir düşüncəyə və təfəkkürə malik nəsil formalaşır. Bunun üçün sizə çox minnətdarıq. Bir həqiqəti də danmaq olmaz ki, dünyanın ölümlə üz üzə qaldığı bir zamanda da Siz bizləri unutmadınız, insanlığı və insanların sağlamlığını hər şeydən üstün tutdunuz. Verdiyiniz qərarlar hər birimizin sağlamlığı və taleyi üçün çox əhəmiyyətli oldu. Hər kəsin öz ailəsinə sığındığı indiki həssas bir zamanda belə bizləri- sadə xalqı düşündünüz. Mən sizin liderliyinizə, xeyirxahlığınıza hər zaman güvənirəm, arxalaniram. Sizin və ailənizin dövlətimiz üçün apardığı siyasəti dəstəkləyir, Sizinlə qürur duyuram. Siz Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı, eləcə də ölkəmizin birinci Vitse prezidenti Mehriban xanım dövlətimizə, dövlətçiliyimizə, xalqımıza göstərdiyiniz diqqət qayğı və fədakarlığa görə çox var olun, sağlam olun, yanımızda olun deyirəm.
Biz bir yerdə güclüyük demək üçün hər zaman sizin yaninizdayiq...