Əlaqə Arxiv
news Image
2020.07.15
12:14
| A A A
Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyir

İyulun 12-də mənfur ermənilər növbəti dəfə Azərbaycan sərhədlərini Tovuz istiqamətində pozmağa cəhd göstərmişdir. Güclü ordumuz mənfur düşmənin qarşısını almış, hiyləgər düşmənə öz layiqli yerini göstərmişdir. Bütün beynəlxalq təşkilatlara məlumdur ki, bu günkü Ermənistandakı iqtisadi-siyasi vəziyyət hakimiyyət dəyişikliyinə aparır. Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün müharibə kartından istifadə etməyə və bütün dünyanı da öz hiyləgər siyasəti ilə aldatmağa çalışır. Paşinyan bir həqiqəti unutmuşdur ki, Azərbaycan ordusu 90-cı illərin əvvəllərindəki ordu deyildir. Sözün həqiqi mənasında regionun ən qüdrətli dövləti olan Azərbaycan həm də öz ordusu ilə fəxr edə bilər. Bu gün hər bir azərbaycanlı əmindir ki, möhtərəm prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və məğlubedilməz ordumuzun gücü sayəsində qısa bir zamanda erməni işğalçılarının təcavüzkar addımlarının qarşısı alınacaq və üçrəngli şanlı bayrağımız yaxın zamanlarda Dağlıq Qarabağımızda və digər tarixi torpaqlarımızda dalğalanacaqdır.

Əminəm ki, bu sınaq günlərində sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşəcəkdir.

Bu günlərdə mənfur düşmənin atəşkəsi pozması bir daha onların təcavüzkar olmasını sübut edir. Tam qətiyyətlə əmin olduğumu bildirmək istəyirəm ki, tezliklə Azərbaycan ordusu möhtərəm prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin layiqli cavabını verəcəkdir.

Gülnarə Hacıyeva

Nəsimi rayonu

Sizin Reklam Yeriniz