Əlaqə Arxiv
news Image
2020.07.23
12:44
| A A A
Şəhidsiz bir millətin vətən ruhu dirilməz...

Xəyanətkar qonşu  Ermənistanın Azərbaycana işğalı illərdir ki, davam edir. İyul ayının 12- də  Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətindəki   hərbi təxribatı bir daha düşmən ölkənin təcavüzkarlığını sübut etmiş oldu. Bu addımı ilə Ermənistan özünü beynəlxalq aləmdə biabır edərək gözdən saldi. 
Bu  hücum nəticəsində dinc  əhali,  hərbi qulluqçularımız həlak olmuş,  dövlət və  mülki əhaliyə ziyan dəymişdir.  Lakin düşmənə layiqli cavab verilmişdir.  Bu ağır döyüşlərdə xalqın   igid və əfsanəvi generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və bir neçə hərbi qulluqçular şəhid oldu.  Biz : “ Vətən sağ olsun” dedik, ruhdan düşmədik,  ölkə rəhbərinin ətrafında daha sıx birləşdik.
   Məlum hadisələrlə bağlı  ölkə rəhbərinin bir çox sərəncamı oldu.  Onlardan biri Azərbaycan  Respublikasının Tovuz rayonunu Ermənistan respublikasının Silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə və dövlət əmlakına  dəymiş ziyanın ödənilməsi və aradan qaldırılması ilə bağlı sərəncamıdır. Ölkə rəhbərinin göstərişilə  dəymiş ziyanın aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat və Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Artiq Tovuz rayonunun Ağdam ,Əlibəyli , Dondar Quşçu, Vahidli,  Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərində  dəymiş ziyan müəyyən edilmişdir. Hadisələrdən də göründüyü kimi düşmənin  planı pozuldu və çirkin niyyətlərinə çata bilmədilər. Mənfurlar torpağımızın bir qarışına da girə bilmədi. Hələ də mənfur xain qonşularımız bilmirlər ki, Azərbaycan 90- ci  illərin dövləti deyil . İndi onun güclü   prezidenti və   güclü ordusu var. O ordusu ki,  Alı Baş Komandanımız İlham Əliyev cənablarının əmriylə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Biz hər birimiz buna inanırıq və bilirik ki, 28 illik həsrətimizə qovuşmagımız tezliklə həll olunmalıdır. Biz müharibə istəmirik. Ancaq lazım gələrsə qanımız, canımız bahasına da olsa  ölkə rəhbərinin ətrafında birləşərək dədə- baba torpaqlarımıza sahib çıxacağıq. Ölkə rəhbərinin dediyi kimi: “ biz hamımız milli birliyimizi, vahid mövqeyimizi bacardığımız qədər haqq səsimizi dünyaya çatdırmalı, gücümüzü göstərməliyik” . Hər birimiz çox üzüldük  şəhidlərin ölümünə. Yenə başımızı dik tutaraq “Vətən Sağ olsun” dedik. Çünki Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.  Vətənimin hər qarışı üçün canını qurban verən soydaşlarımızın ruhu qarşısında baş əyirəm  və vətən sizinlə qürur duyur, deyirəm.
İnamsız bir qartalın qanadları gərilməz
Döyüşsüz  azadlığın meyvələri dərilməz
Şəhidsiz bir millətin vətən ruhu dirilməz
Oğullar ola-ola necə deyim mərdim yox 
Ordum varsa yurdum var 
Ordum yoxsa yurdum yox....

Hacıyeva Gülnarə,    Nəsimi rayonu.

Sizin Reklam Yeriniz