Əlaqə Arxiv
news Image
2020.07.23
13:15
| A A A
"Düzgün siyasət , seçilmiş istiqamətin mayakıdır"!

"Yenə qara yel əsdi ,
vətənimin başından,
Yenə matəm qoxusu
gəldi  ,el havasından"
Bu bizi qorxudarmı!
Bu bizi durdurarmı !

      Burası Vətən! Asan qazanılan ,asan itirilən deyil. Əsirlər boyu ,illər boyu nələr yaşadıq ,nələr!
Sindıqmı?Əsla! 
Siyasi oyunlarla yanaşı, eyni zamanda ,çiçəklənən iqtisadi uğurlarımıza baxan ,ac , xain baxışlar çoxdur. Artıq , neçə gündür ölkəmizin sərhəd bölgəsində , Qazax -Tovuz istiqamətində döyüşlər gedir .İtkilərimiz var . Şəhidlərimiz var.Xalq matəm içərisindədir. Xalqımız  acısını  yasar , amma sınmaz ! Yarasını düşmənə göstərməz! Dusmənə ölüm yox, sınmağimız  sevinc verər .Bu sevinci onlara yaşatmayaq. Hər zaman olduğu kimi dovlətə inanır və onun siyasətinə güvənirik. Düşmənin layiqli cavabı veriləcək. Bugünkü müharibə informasiya müharibəsidir. Unutmayaq ki, dezinformasiya  xarakterli yazılar bizə daha çox zərər verə bilər. Biz hər bir çətinliyin öhdəsindən gələn  dövlətimizə, dövlət başçımıza, Ali Baş Komandanımız  İlham Əliyevin gücünə, siyasətinə ,güvənirik . Onu da qeyd edim ki ,səbr və təmkin cəsarətin addımıdır. Bir olaq ,təmkin göstərək. Vətən sağ olsun,deyək ! Şəhidlərimizin ruhu şad olsun. Biz bu çətinliyin öhdəsindən bir olaraq gələcəyik.
     Dünyanın çox ağır bir dönəmində ,siyasi iqtisadi ,sosial çətinliklər yaşadığı bir vaxtda , son bir neçə gündə , işğalçı ,hiyləgər ,murdar siyasətləri ilə hər zaman dünyanın gözünü boyayan bir düşmənin növbəti hiyləsi vəziyyəti daha da gərginləşdirdi. Əlbəttə ki , layiqli cəzasını aldı. Artiq bütün dünya bu murdarların iç üzünü tanıyır , həqiqətlər üzə çıxır.Bu da başda dovlət başçımız olmaqla , dövlətimizin, düzgün siyasəti  və dövlətlər arasında tanınmış ,nüfuz sahibi kimi qazandığı hörmət və izzətindən irəli gəlir . Baş vermiş hadisə nəticəsində insan itkisi ilə yanaşı bir çox yaşayış evləri ,tikililər dağıdılıb .Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib.
      İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Dövlət başçımız baş verən hadisələrin ,dağılmış yaşayış evlərinin ,obyektlərə dəymiş zərərin aradan qalxması , bərpası üçün  işçi qurupu təyin etmişdir ki, bu da dəyən zərərin tezliklə aradan qalxacagına əminlik verir . Bəli ,üzücü bir dönəm yaşayırıq.Buna  söz yox. Ancaq , yaşanmışlar bizi bir daha bir yumruqda birləşdirdi .Xalqın gostərdiyi əzm və mübarizlik ruhu bir daha Azərbaycan xalqının birliyini ,Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.Sag olsun Vətən ! Düzgün siyasət , seçilmiş istiqamətin mayakıdır.
     Şəhidlərimiz qəlbimizin közərən yarasıdır.Ruhları şad olsun, şəhidlərimizin .Başımız sağ olsun ! Bir daha deyək:  - Yaşasın Vətən!

Agalarova Təranə
Nəsimi rayonu

Sizin Reklam Yeriniz