Əlaqə Arxiv
news Image
2020.07.23
15:20
| A A A
Dövlətin düşmən tərəfindən əhaliyə dəymiş ziyanı ödəməsi
İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin  atəşkəs rejimini kəskin şəkildə pozması nəticəsində sərhədyanı bölgələrdə yaşayan 6 kəndin əhalisinə ciddi ziyan dəymişdir.
 Dəymiş ziyanın aradan qaldırılması məqsədilə  Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.
Bundan sonra Tovuz rayonunda işlərə başlanılıb və ciddi tədbirlər görülür. Bu məqsədlə İşçi qrupu yaradılıb və mütəxəssislər dərhal bölgəyə ezam olunublar.
İşlərin gedişinə dövlət başçısı şəxsən nəzarət edir.
Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilmişdir.
Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.Şəhid ailələri dövlət hesabına evlə təmin edilir. Şəhid ailələrinə birdəfəlik yardım göstərilir. 2 aprel 2016- cı il döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emal müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.  
2016-ci ildə baş vermiş APREL DÖYÜŞLƏRİ zamanı da əhaliyə dəymiş ziyan dövlət tərəfindən ödənilmişdir. İnanırıq ki, tezliklə əhaliyə dəymiş ziyan aradan qaldırılacaqdır.
Nəsimi rayon gənci
Hüseynli Elşən Adil oğlu 
Sizin Reklam Yeriniz