Əlaqə Arxiv
news Image
2020.07.31
14:11
| A A A
Xalq öz ordusuna inanır, onun gücünə güvənir

Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var.” Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar.  Bu gün fəxrlə deyirik ki, ordumuz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub.
Bu gün Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir.  
          Şahid oluruq  ki,  qəhrəmanlar təkcə müharibədən  bəhs edən filmlərdə,  kitablarda  olmur.  Biz  Azərbaycanda real qəhrəmanlığı Mübariz İbrahimov  kimi  igid  oğulların  timsalında görə bildik. 2010-cu ilə Mübarizin tək başına düşmən üzərinə şığıması düşməni lərzəyə salmışdır. Bu bir daha sübut edir ki, Azərbaycanın bir əsgəri erməninin yüz,  hətta min əsgərini məhv etməyə qadirdi.
Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır.
         2016-cı ildə  4 günlük aprel döyüşlərində, Cəbrayıl rayonunun Dağlıq Qarabağ istiqamətində ərazilərimizin bir hissəsinin və Naxçıvanda Günnüt kəndinin və onun ətrafındakı 11 min hektarın işğaldan azad edilməsində açıq göstərdi.
         İndi ordumuz dünyanın 50 ən güclü ordusunun sırasında yer alıb. Hər il hərbi sahənin inkişafına Ermənistanın dövlət büdcəsindən artıq maliyyə vəsaiti ayrılır. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, ordumuzun gücləndirilməsi üçün nə qədər vəsait lazım gəlsə ayrılacaqdır
         Prezident, Ali Baş Komandan İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi hərbi qüdrətimizin əsasında dayanır. Bütün bunlar isə Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir.
         Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Ordusu ən şərəfli missiyanın - torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifənin öhdəsindən gəlməyə hər an hazırdır.

Gülmirə  Məmmədova,
Nəsimi rayonu

Sizin Reklam Yeriniz