Əlaqə Arxiv
news Image
2020.08.14
15:34
| A A A
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
Beynəlxalq arenada işğalçı və daim özgə torpaqlarında gözü olan dövlət kimi tanınan Ermənistan dünya miqyasında terrorçu ölkə imici də qazanmışdır. Hazırda Ermənistanın öz siyasətində terrordan istifadə etməsi və beynəlxalq miqyasda terrora dəstək verməsi dünya birliyini narahat edir. O da məlumdur ki, Ermənistan müxtəlif terrorçu təşkilatların silahla təmin edilməsində belə təşkilatlara müxtəlif mənbələrdən silah çatdırılmasında tranzit nöqteyi-nəzərindən də fəal rol oynayır.Bəs hərbi sənayesi bərbad vəziyyətdə olan Ermənistan silah və sursatı hardan əldə edir?
             Təəssüf ki, Rusiya təcavüzkar Ermənistanı hərbi texnika ilə təmin etməyə hələ də davam edir. Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb. Azərbaycan aldığı silahların hamısının pulunu tam ödəyir, satış zamanı hər hansı endirim olmur. Ermənistana müasir silahların verilməsi kredit kimi sənədləşdirilsə də, hər kəsə aydındır ki, Ermənistan pul ödəməyəcək. Moskva 25 il ildir ki, Ermənistanı pulsuz silahlandırır. Hələ 1990-cı illərdə və 2000-ci illərin əvvəlində Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah və texnika verib. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını vacib bilən Rusiya bu yolla sülhün mümkünsüzlüyünü labüd bilir.
           Ermənistan silahlı qüvvələrini silah və sursatla təmin edən digər bir ölkə isə Polşadır. SAMTO-nun hesabatlarında Ermənistan Müdafiə Nazirliyi ilə Polşanın “Bumar Labedy” şirkəti arasında T-72 tanklarının modernləşdirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub.           Həmçinin Tovuz istiqamətində düşmən təxribat törədərkən Serbiya istehsalı olan silahlardan istifadə etməsi göstərdi ki, düşmənə Serbiyadan da dəstək verilir. Serbiya hökumətinin icazəsi ilə yerli və tərəfdaş şirkətlər üzərindən Ermənistana müxtəlif silahların satışı reallaşdırılıb. Azərbaycanın dəstəyini itirmək istəməyən Serbiya Ermənistan tərəfinin silah alışı ilə bağlı məlumat verməsinə baxmayaraq, silah satışı haqqında heç bir məlumat verməmişdir.
 Şəmilova Dünya Mərdan qızı.        
Nəsimi rayon gənci .
Sizin Reklam Yeriniz