Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
1991-ci ildə müstəqillik əldə edən Ermənistan hərbi vəziyyətini yaxşılaşdırmaq üçün Rusiya ilə əməkdaşlıq edib. Bunun davamı olaraq 1992-ci il 15 may tarixində Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Ermənistan Rusiyadan əlavə KTMT-yə üzv olan bəzi MDB ölkələri ilə hərbi-siyasi əməkdaşlıq saxlamağa çalışsa da bu əməkdaşlıqların heç biri Rusiya ilə olan əməkdaşlıq qədər uğurlu olmayıb.
Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribatlar hazırlayarkən indiyə qədər bir çox ölkələrdən hərbi dəstək alıb. Bu ölkələrdən biri Serbiyadır. Məlum olub ki, Serbiya Ermənistana çox sayda silah sursat, minaatan, həmçinin müxtəlif kalibrli döyüş sursatı göndərib. Bu hadisə Azərbaycan xalqı arasında böyük təəssüf hissi yaratmışdır. Azərbaycan çətin zamanlarında Serbiyaya dəstəyini heç bir zaman əsirgəməyib. Bu yaxınlarda Bakı Belqrada koronavirusla mübarizə üçün humanitar yardım göndərib. Həmçinin Serbiyaya dəstək olaraq Azərbaycan Kosovonun müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan hökuməti Serbiyanın Ermənistana dəstək olaraq, Azərbaycana qarşı qeyri-dost hərəkət etdiyinə görə Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Ermənistana böyük miqdarda silah-sursat verməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. Serbiya hökuməti bildirib ki, Azərbaycanın dəstəyi Serbiya üçün çox vacibdir və bu məsələni ölkələr arasında olan münasibətə heç bir zərər gətirmədən həll etmək lazımdır.7 avqust tarixində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Serbiyadan Ermənistana olunan köməyə görə təəssüf hissi keçirdiyini bildirib və məsələnin həll olunması üçün Azərbaycana geniş nümayəndə heyəti göndərib. Nümayəndə heyəti Serbiyanın baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Azərbaycanı ziyarət edərək, bundan sonrakı əlaqələrin daha da güclənəciyinə ümid etdiklərini, və bir də bu cür hadisələrin təkrarlanmayacığını bildirib.
Ermənistanın silah- sursat aldığı digər ölkələrdən biri artıq çoxunun bildiyi kimi Rusiyadır. Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində 12 iyul tarixində baş vermiş gərginlikdən bir neçə gün sonra 17 iyuldan 4 avqust tarixinə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan bu silahların özünün hava istiqamətindən daşınmasına icazə vermədiyi üçün silahlar digər 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən olan Qazaxıstan və Türkmənistan Azərbaycan ilə yaxın siyasi əlaqələr və dostluq əlaqələri saxlamasına baxmayaraq silahların öz hava istiqamətlərindən daşınmasına icazə veriblər. Maraqlısı isə odur ki, Rusiya ilə Ermənistan arasında silah satışı ilə bağlı heç bir müqaviləyə rast gəlinməsə də, Rusiya Ermənistana silahları dünya bazarı yox , daxili bazar qiymətləri ilə, yəni olduqca ucuz qiymətə satmağa davam edir. Avqustun 12-də bu məsələ ilə bağlı Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayaraq, Ermənistanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozmasını və vurduqları ziyanı bildirib. İlham Əliyev zəngdə Rusiyadan Ermənistana daşınan silahlar nəticəsində Azərbaycan xalqında yaranan narahatlıq və sualları qeyd edib, və hərbi toqquşmalardan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan, və İran İslam Respublikasının hava yollarından istifadə edərək Ermənistana 400 tondan artıq hərbi yüklərin daşınması ilə bağlı məsələləri aydınlaşdırmağa çağırıb.
Qeyd etdiyim kimi, Ermənistan hərbi dəstək almaq üçün müxtəlif ölkələrə müraciət edir. Bu isə Ermənistanın hərbi cəhətdən Azərbaycandan geri qalmasını və zəif ölkə olmasını sübut edir.
İslam Məmmədov
Nəsimi RİH könüllüsü