Əlaqə Arxiv
news Image
2020.09.06
12:15
| A A A
İki qardaş ölkənin hərbi-siyasi əməkdaşlığı

Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun mövcudluğu hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyasında və türkdilli dövlətlər arasında münasibətlərin inkişafı üçün mühüm rol oynayır. Azərbaycanla Türkiyə Respublikalarının tarixi keçmişə dayanan özünəməxsus ayrılmaz bir bağı mövcuddur. Bu iki dövlət hər zaman bir-birilərinə hərbi, siyasi və s. mövzularda dəstək olmuşdur. Hətta bu günümüzdə də Azərbaycanla Türkiyə hərbi əməkdaşlığını durmadan inkişaf etdirir. Qardaş ölkə Türkiyə hər zaman Azərbaycana dəstək olmuşdur. Buna bir nümunə olaraq Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra hərbi hissələrdə baş verən kadr çatışmazlığında, o cümlədən hərbi məktəblərin formalaşmasında Azərbaycana olan dəstəyi danılmazdır. Bildiyimiz kimi avqust ayının 10-da Azərbaycan-Türkiyə arasında hərbi təlimlər keçirilib. Bu barədə cənab Prezident İlham Əliyev bildirib ki: "Bu, bir ənənədir. Bildiyiniz kimi hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür". Bildiyimiz kimi, Azərbaycan xalqının əzəli düşməni olan mənfur Ermənistan dövləti bizim bir sıra torpaqlarımızı vəhşicəsinə ələ keçiriblər. Buna görə də Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Terrorizmdən əziyyət çəkən iki ölkə bu istiqamətdə istər ayrı-ayrılıqda, istərsə də birgə olaraq bu mübarizəni hər zaman diqqət mərkəzində saxlayır. İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Qeyd etmək lazımdır ki, bu yaxınlarda Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionlarında baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bu hər zaman belə olacaq. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçımız cənab İlham Əliyev tərəfindən səsləndirilmiş sözlər vasitəsilə Azərbaycan Türkiyə bağlarının sarsılmaz olduğunu bir daha görmək mümkündür. "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik."-sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır. dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.

İbadova Günay Elşən qızı Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz