Əlaqə Arxiv
news Image
2020.09.06
13:13
| A A A
Azərbaycan-Türkiyə qardaşlığı əbədidir!

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşmada Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Bakı və Naxçıvanda eyni vaxtda Türkiyədən gələn quru qoşunları aviasiya qrupunun iştirakı ilə davam edir. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyənin öz səylərini əsirgəməyəcəyini bildirən qardaş ölkə Prezidenti dedi: "Türkiyə bu istqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də burdan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm" Türkiyənin Şərqi Aralıq dənizinə yeni seysmik araşdırma fəaliyyəti üçün "Oruc Reis" gəmisini göndərməsi ölkənin Yunanıstanla gərginlik yaşamasına səbəb olub. Yunanıstanın Baş naziri Kyriakos Miçotakis deyib ki, Türkiyə Aralıq dənizindəki təbii qaz axtarışından imtina etməsə, Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalar tətbiq etməkdən başqa bir seçimi olmayacaq. Bu söhbətdən belə nəticəyə gəlmək olar ki, Türkiyə-Yunanıstan arasında böyük gərginlik yaşanır. Baş verən gərginliklərlə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qardaş Türkiyəyə hər zaman və hər tərəfli şəkildə dəstək olacağımızı öz müsahibəsində bildirmişdir. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən xeyli diqqət çəkən məqamlar oldu. Yeni təyin edilən səfirlə iki ölkə arasındakı münasibətləri açıq şəkildə müzakirə edən Prezidentimiz Azərbaycanın münasibətlərini həmişə reallıq üzərində qurduğunu göstərir". Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.

Hüseynli Elşən Adil oğlu, Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz