Əlaqə Arxiv
news Image
2020.09.06
13:28
| A A A
Azərbaycan və Türkiyə arasında güclü bağ var.

Azərbaycan Respublikası üçün Türkiyə Respublikası hər zaman xüsusi önəm daşımışdır. Azərbaycan müstəqilliyini ilk qəbul edən Türkiyə dövləti olmuşdur. Siyasi, diplomatik, iqtisadi inkişafdan başqa iki dövlət arasında güclü hərbi əməkdaşlıq var. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, çünki Türkiyə NATO'nun üzvüdür və ABŞ'dan sonra ən güclü hərbi qüvvələrə malikdir. Bakı ilə Ankara arasındaki münasibətlər təkcə iki tərəfli deyil, müxtəlif beynəlxalq platformalarda da inkişaf edir. Türkiyə müstəqilliyini möhkəmləndirmək və ərazi bütövlüyünü qorumaq yolunda Azərbaycanın sadiq tərəfdarı olaraq qalır. Qədim tarixdən bəllidir ki, Azərbaycan və Türkiyə arasında güclü bağ var. Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq üzrə saziş imzalayıb. Bu sazişə əsasən iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin hava qüvvələri və quru qoşunları ilə birlikdə genişmiqyaslı təlimlər keçirilib. Təlimlər Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Türkiyə və Azərbaycan hər il birgə hərbi təlimlər keçirir. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə milli müdafiə nazirini qəbul edərkən bildirib ki, iki dövlət arasında qardaşlığın gücləndirilməsi üçün, hərbi əməkdaşlığın gücləndirilməsi üçün bu təlimlərin böyük əhəmiyyəti var. Hər il Türkiyə və Azərbaycan arasında belə təlimlər keçirilir. Bunda hansısa fövqəladə hal axtarmaq mənasızdır. Türkiyə və Azərbaycan arasındakı diplomatik əlaqələr 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. İki dövlət arasındakı hərbi əməkdaşlıq perspektiv planlar doğurur. Buna hərbi kadrların hazırlanması, müdafiə sənayesi haqqında yeni əlaqələrin qurulması və digər önəm daşıyan məsələlər daxildir. Ermənistan, Yunanıstanın və Kipr arasında olan əməkdaşlıqdan Azərbaycan narahatdır. Ermənistan ərazilərimizi işğal etmiş, Xocalı soyqırımını törətmiş, milyonlarca insanı doğma yurdundan ayrı salmış işğalçı ölkədir və işğalçılıq siyasıtindən əl çəkmir, beynəlxalq hüququ pozur. Türkiyə və Yunanıstan arasında bu yaxınlarda baş vermiş gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə bizim sadəcə dost və tərəfdaşımız yox, bizə qardaş ölkədir. Azərbaycan bütün hallarda, heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və dəstəkləyəcək, eyni dəstəyi Türk qardaşlarımızdan da görürük. Bütün bunlar Türkiyə və Azərbaycan arasındaki, qardaşlığın, tərəfdaşlığın nə dərəcədə güclü olduğunu göstərir. İki dövlət əsrlərdən bəri hər zaman bir-birinə dəstək çıxmışdır. Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə görüşü zamanı bu sözləri işlədib: "Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz." bu sözlər bizim dövlət başçımızın ikili standartlar siyasətini açıq tənqid edən nadir ölkə rəhbərlərindən olduğunu göstərir.

Əlizadə Zeynəb Kamran qızı Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz