Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdirilməsi
Türkiyə və Azərbaycan - bir millət iki dövlət, sevincimiz də birdir, kədərimiz də. Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləribütün sahələri əhatə edərək uğurla inkişaf edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formada, həm regional müstəvidə Türkiyə- Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
İyulun 29-dan avqustun 10-dək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keşirilib.
Birgə təlimlərə iki ölkənin ordularınn şəxsi heyəti, artilleriya qurğuları və minaatanları, zirehli texnikası, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər plana əsasən avqustun 1-dən 5-dək Bakıda və Naxçıvanda quru qoşunlarının, iyulun 29-dan avqustun 10-dək isə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində hərbi aviasiya vasitələrinin iştirakı ilə keçirilib.
Azərbaycan müstəqillik qazanandan sonra Türkiyə Silahlı Qüvvələrin formalaşmasında Azərbaycana yardım göstərmişdi. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi .Türkiyə Azərbaycanda kadrların hazırlanması ,hərbi məktıəblərin proqramlrının formalaşmasında böyük rol oynayıb.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Hərbi kadrların hazırlanması ,maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əmıkdaşlığa qədər məsələlər daxildir.
Azərbaycan Ermənistan, Yunanıstan və Kipr arasında olan hərbi əməkdaşlıqdan narahatdır.Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Ermənistan Xocalıda soyıqrım aktı törədib ,bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur. BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.
Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı bir daha Türkiyə ilə təkcə dost yox, həm də qardaş ölkə olduğumuzu siyasi mesaj kimi çatdirmışdı. Prezidentin: "Mən istəyirəm ki,siz bizim mövqeyimizi biləsiniz"kimi sözləri açıq diplomatiyaya işarə edir.
Dövlət başçımızın həmin görüşdə səsləndirdiyi sözlər Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
Ramazanova Mətanət
Nəsimi rayon təhsil işçisi