Əlaqə Arxiv
news Image
2020.09.21
17:14
| A A A
Hər şey Qarabağ üçün!

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Əzəli torpağımız olan Qarabağa ermənilərin iddiaları XX əsrdən  artmağa başlamışdır. Əslində problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddası dayanır. Sovet hakimiyyəti illərində bu iddialar daha da artmışdır. Lakin Sovet ittifaqı rəhbərliyində Heydər Əliyev amili uzun müddət ermənilərə öz mənfur əməllərini reallşdırmağa imkan verməmişdir. Sovet hakimiyyətinin son illərində isə Azərbaycana qarşı ədalətsiz siyasət yürüdülürdü. Nəticədə minlərlə azərbaycanlı ailələri öz dədə baba yerlərindən sürgün edilmişdilər. 
Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi  və  Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 1992-ci ilin fevral ayında isə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğının törədilməsi erməni vəhşiliyini bariz nümunəsidir.
Ermənistanın bugünkü rəhbəriyi ölkəni uçuruma aparır. Ölkə daxilində Paşinyan hakimiyyətinə qarşı ciddi narazıçılıq hökm sürməkdədir. Paşinyan hökuməti isə hələ də regionun ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində danışıqlar aparmaq niyyətində deyil. Biz bunu iyul hadisələri zamanı açıq şəkildə müşahidə etmiş olduq. İyul hadisələri açıq şəkildə silahlı təxribat xarakteri daşıyırdi. Avqust ayından başlayaraq erməni silahlı qüvvələri tərəfində dinc mülki əhaliyə qarşı terror aktlarının törədilməsi isə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdi.  Hal-hazırda Ermənistan dövləti ilə danışıqlar getmir, qarşı tərəf danışıqlar prosesini pozur, təxribat xarakterli addımlar atmaqda davam edir. Paşinyan hökuməti Azərbaycanın Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmasını vurğulayır. Halbuki Dağlıq Qarabğın müstəqilliyi  heç bir dövlət tərəfindən tanınmamışdır. Ermənistan hökuməti Qarabağ ərazisində erməniləri məskunlaşdırmaqla beynəlxalq konvensiyanın qanunlarına qarşı çıxmış olur. Bu cür təxribat xarakterli addımlara qarşı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz baxışını bildirərək qeyd etmişdir ki, belə bir vəziyyətdə danışıqlar haqqında danışmaq məsuliyyətsizlikdi. Azərbaycan tərəfi danışıqlardan imtina etmir. Lakin Ermənistan dövləti təcavüzkar siyasətindən əl çəkməyərək danışıqlar prosesini pozmaqda davam edir. 

Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi Rayon Təhsil İşçisi

Sizin Reklam Yeriniz