Ermənistanın ən çirkin əməllərindən biri də odur ki, beynəlxalq standartları ayaqlar altın atıb və Azərbaycan torpağında qanunsuz məskunlaşaraq vəziyyəti süni deyişimə cəhd etmək istəyir.
Bu gün Ermənistan uzun müddətdir ki, işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti aparır. Onlar bu siyasəti bu gün də davam etdirmək istəyindədirlər. 1949-cu ildə Cenevre konversiyasını kobud şəkildə pozur, beynəlxalq standartları, beynəlxalq təşkilatları, qəbul etdiyi sənədləri heçə sayır.
Ermənistan çalışır ki, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda etnik ermənilərin sayını qeyri-qanuni köçürmələr hesabına artırsın. Həmin insanların terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, bunun region üçün nə dərəcə təhlükəli bir proses olduğunu aydın görürük.
Ermənistanın bu çirkin hərəkəti ilə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll istiqamətində bütün imkanların üzərindən xətt çəkir.
Bu gün Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq dəlil və sübutlar var.
Ermənistan bütün bu təxribatın və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər isə unutmamalıdırlar ki, onlar bu ərazidə daimi yaşaya bilməyəcəklər. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi bütün erməni terrorçularından təmizləyəcək.
Cənab prezidentimizin qeyd etdiyi kimi “ Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq!”
Abbaszadə Nəsir
Nəsimi rayon sakini