Əlaqə Arxiv
news Image
2020.09.29
16:35
| A A A
Siyasi Partiyalarımız bizi dəstəkləyir!
Ermənistanın növbəti təxribatlarına qarşı ölkədəki siyasi partiyaların demək olar hamısı fikir bildirərək bu məsələyə biganə yanaşmayıb. Xalqla hökumət bir-birini dəstəkləməklə yanaşı, ölkəmizdə siyasi birliyin də olması sevindirici bir haldır. Siyasi partiyalar öz fikirlərində Ermənistanın etdiklərini sərt şəkildə qınayıblar. Bildiyimiz kimi onların bütün normalardan kənara çıxaraq mülki insanları, evləri nişan alaraq bombalaması yol verilməzdir. Partiyalarımız bu hadisələrə diqqətin cəlb edilməsini, dünya təşkilatları tərəfindən bu məsələyə baxılmasını tələb edib. 
        Ordumuzun uğurlu əməliyyatları nəticəsində Ermənistan pis vəziyyətə düşüb və ölkə daxilində bir sıra problemlər yaranıb. Və hər zaman olduğu kimi öz vəziyyətlərinin üstünü örtmək və ictimaiyyətin diqqətini yayındırmaq üçün bir sıra hərbi təxribatlara başlayıblar. Siyasi partiyalarımız bu məsələyə də işıq gətiriblər. Ermənistan tərəfinin yanlış qərarları, məsuliyyətsiz yanaşmaları Dağlıq Qarabağ məsələsinin həllinin sülh yolu ilə olunmasını daha da çətinləşdirir. Siyasi partiya rəhbərləri çıxışlarında İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” cümləsini dilə gətirərək öz ədalətli mövqelərini bir daha sübut etmiş oldular. 
        Prezidentimizin bu sözü ilə şəxsən mən də razıyam. Ermənistan Azərbaycanı onların torpağına hücum etməsini bildirsələr də, baş verən hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycanın ərazisində baş verdiyini hər kəs yaxşı bilir. Tarix boyu Ermənistana dəfələrlə münaqişənin sülh yolu ilə həll olunmasını təklif ediblər. Ermənistanın bunları qəbul etməyərək hər zaman atəşkəsi pozması beynəlxalq səviyyədə onlara inamı azaldır və bu onlara bir çox məqamlarda mənfi təsir edir. 
Siyasi partiyalarımızın tələblərindən biri də beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə göz yummalıdır. Bu hadisələri hamı bilməli və düşmənlərimizin necə işğalçı bir ölkə olmalarını görməlidirlər. 
       Ölkə daxilində siyasi əlaqələr çox vacib bir amildir. Bizim siyasi partiyalarımız da daim prezidentimiz İlham Əliyevin yanında olduqlarını bəyanatlarında bildiriblər. Bu sevindirici hal olmaqla yanaşı, siyasi partiyalarımıza etibarı artırır və ölkənin siyasi inkişafına müsbət təsir göstərir. Siyasət xalqı birləşdirir. Xalqımız daima siyasi partiyalarımı dəstəkləməlidir. Müxalifətə qoşularaq əks mövqe sərgiləyənlər düşməndən fərqlənmir.
        Guya özlərini xalqın yanında olduqlarını göstərən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası bu günlərdə ordumuzun uğurlu əks hücumunu təəssüf ki, dəstəkləmirlər. Bu partiyaların Prezidentimizin siyasətini dəstəkləməmələri onların düşmənə meyilli olduğunu göstərir. Bu partiyalar 30 ildir həsrətlə gözlədiyimiz torpaqların alınmasına sevinmədilər. Ölkəyə mənfi mövqelərini göstərən bu partiyalar İlham Əliyevin yanında olmalarını təəssüf ki, göstərə bilmədilər.
İslam Məmmədov
Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz