Əlaqə Arxiv
news Image
2020.09.29
20:20
| A A A
Siyasi partiyalar Azərbaycan hökümətinin yanındadır

Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatına dair ölkə də fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı təkcə xalqla hökümətin birliyində xəbər vermir, bu eyni zaman da Azərbaycan da yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiya rəhbərləri Ermənistanın işğalçılıq siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı ərazilərin bombalanmasını, insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməli olduğunu bildirirlər.  Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiya rəhbərləri Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
   Siyasi partiya rəhbərləri öz birgə bəyanatında Ermənistan hökümətinin  öz daxilində yaşanan problemləri sadalayır, daxili- siyasi mübarizəni arxa plana çəkmək üçün və ictimai diqqətin yayındırılması üçün mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozduğunu bildirirlər.
   Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiya rəhbərləri dövlət başçısının fikrini dəstəklədiklərini və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bəyan edirlər .  Eyni zamanda beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
   Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpaqlarında siyasi və hərbi marağımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verir.
   Azərbaycan dövləti öz müqəddaratını özü həll etmək gücünə malikdir. Tezliklə bayrağımız Qarabağda dalğalanacaqdır.

 Ağayeva Adilə Ceyhun qızı 
 Nəsimi rayon gənci 

Sizin Reklam Yeriniz