Əlaqə Arxiv
news Image
2020.09.29
22:15
| A A A
Siyasi həmrəyliyin nümunəsi

     İyul ayında Azərbaycan- Ermənistan sərhəddində baş verən gərginlik hər bir Azərbaycan vətəndaşını ayağa qaldırdı. Mövcud şəraiti və pandemiyanın yaratdığı mühit belə xalqa “Qarabağ Azərbaycandır!” deyərək dünyaya öz səsini çatdırmağa mane olmadı. Ölkə rəhbərliyi insanların bu çağırışını yüksək qiymətləndirdi və bu hadisələrdə verdiyimiz şəhidlərinin qanının  yerdə qalmayacağını söz vermişdi. Çox keçmədiki. Bütün dünya KİV-ləri Ermənistanın əsl simasını göstərərək necədə riyakarcasına bütün normalarını aşdığını sübut etdi. Ermənistan baş nazirinin kifayət qədər məşhur telekanallardan biri olan BBC-nin “Hard Talk" verlişində qurmaq istədiyi teatrın pərdələri elə onun öz üstünə düşərək necə də bütün bu oyunlarda dolaşdığını sübut etdi.  
     Hal-hazırdakı hadisələrdə çıxılmaz vəziyyətdə qalan N. Paşinyan hər bir vəclə çalışır ki Azərbaycanın daxili siyasətini qabardaraq gündəmə gətirsin ki, bu da daxili çaxnaşmaya gətirib çıxartsın. Reallıq isə tam əksidir ki, Azərbaycan ərazi bütövlüyünün uğrunda baş verən hadisələri ölkədə fəaliyyət göstərən 52 partiyadan 50-si dəstəkləyir, buda Azərbaycanın nəyinki xalq, həm də siyasi fəaliyyətinin həmrəy olduğunu sübut edir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan respublikası Prezidenti İlham Əliyevin: “ Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”-fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Çarəsiz Yerevan hər addımının boşa çıxdığını görüb başqa ölkələri belə bu münaqişəyə dəvət edib vəziyyəti çətinləşdirmək istəyir. Özünü haqlı sayan Ermenistan bu yolda KTMT üzvlərini müqavilənin şərtinə uyğun olaraq onu qorumağa çağırır, halbuki, 30 ilə yaxındır ki, BMT 4 qətnaməsi bu ölkəni narahat etmir. Sual yaranır ki, axı bu qədər səriştəsizliyin və siyasi bir təcrübənin olmadığı halda Paşinyan səfərbərliyi elan edib nəyi gözləyirdi? Hadisələrin xroloji təhlili onu göstərir ki, səfərbərlik ancaq vətəndaşların ölkəni tərk etməyinə səbəb oldu ki, buda Yerevanı 18-55 arası kişilər üçün ölkə sərhədlərini bağlamağa məcbur etdi.
Qısası artıq Azərbaycan Ermənistan üçün heç bir çıxış yolu qoymayıb. Vəziyyət onu göstərir ki,30 il ərzində bir qərara gələ bilməyən və bu vəziyyətin “sonsuz" olacağını zənn edən Yerevanın artıq düşünməyə elə də çox vaxtı qalmayıb. Ölkə rəhbərliyinin son çıxışlarında olan heç bir kəlmə heç kimdə şübhə yaratmamalıdır. Azərbaycan həm siyasi meydanda, həm döyüş meydanında sözünü demək və çatdırmaq bacarığına malikdir. Azərbaycanın xalq və hakimiyyət birliyi və siyasi iradəsi tam olaraq hər bir hərbi addımı atmağa icazə verir ki, bugün biz bunların nəyinki sözdə, həm də real olaraq əməldə olduğunun şahidi oluruq!!!

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi İdarə Heyətinin üzvü 
Cəfərova İradə.

Sizin Reklam Yeriniz