Pakistan haqq yolunda Azərbaycana dəstəyini bildirdi
Vətənimizin torpaqlarının düşməndən geri alınaraq bərpa edilməsində Pakistan öz dəstəyini Prezident Cenab İlham Əliyevlə görüşündə bildirərək,Azərbaycanın qanuni hüquqlarından istifadə edərək işğal altında olan torpaqlarını geri almaq prosesini tam ədalətli şəkildə yürüdür və Pakistanın səfiri sözlərində Azərbaycanın öz torpaqlarında düşmənlə döyüşdüyünün beynəlxalq qanunlara zidd olmadığını bildirmişdir.Pakistan tərəfindən Azərbaycana verilən bu dəstək qardaslıq münasibətlərimizi bir daha dünya ictimaiyyətinə göstərdi .Həmçinin Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətləri Kəşmir məsələsində də özünü göstərir və iki ölkə arasında həm siyasi, həm də iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün hərtərəfli addımlar atılır. Ermənistanın təcavüzkar təxribatlarını Pakistan pisləyir və Pakistanın Xarici İşlər naziri bu təxribatlarla bağlı bəyanatlar vermişdir. Bu bəyanatlar Azərbaycanın ədalətli siyasətini tam dəstəkləyir. Ermənistan bu təxribatları törətmək üçün bir neçə ay hazırlaşmışdır və biz bu hazırlıqların nəticəsini Tovuz hadisələrində müşahidə etdik.
Cənab Prezident İlham Əliyev beynəlxalq çıxışlarında dünya ictimaiyyətinə Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirmişdir . Lakin Ermənistana bu münaqişədə həlledici mövqeyə sahib olan Rusiya, Fransa, Amerika tərəfindən heç bir təzyiq göstərilməmişdir.
Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabrdan başlanan yeni təxribatlar nəticəsində 10 mülki şəxs həlak olmuş ,20 mülki şəxs yaralanmışdır və bu təxribatlar Ermənistanın bir daha necə faşist bir ölkə olduğunu göstərir. Düşmən təkcə Azərbaycanlılara qarşı soyqırım yox, həmçinin mədəni soyqırımda törətmiş və məscidləri , tarixi abidələri məhv etmiş, dağıdılmayan məscidlərdən isə heyvan saxlamaq üçün istifadə edirlər. Ermənistanın bu cür işğalçılıq siyasəti bütün müsəlmanlar üçün təhqir hesab olunur. Ermənistan Prezidenti bu təxribatları törətməklə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın üzərindən götürmək məqsədi güdür, çünki hal-hazirda Ermənistan böyük səfalət içindədir və pandemiya səbəbindən ölkədə vəziyyət gərgindir. Həmçinin Ermənistan bu münaqişəyə 3-cü dövlətin daxil olmasında maraqlıdır . Ermənistan hər dəfə danışıqlar prosesini pozmaq üçün müxtəlif bəhanələrə əl atır və guya Azərbaycan düşmənin adlandırdığı Qondarma Dağlıq Qarabağla bu münaqişə prosesini həll etməlidir kimi fikirlərlə cıxış edirlər. Ancaq Azərbaycan bu yalançı qurumla heç vaxt danışıqların mümkün olmayacağını dəfələrlə Ermənistan Prezidentinə bildirmişdir. Paşinyan ölkədə diktatorluq edərək siyasi partiyaları sıxışdırır . Livandan gətirilən ermənilər işğal olunmuş ərazilərdə qanunsuz məskunlasdırılır və beynəlxalq qanunlara qarşı çıxaraq muzdlu döyüşçüləri Dağlıq Qarabağda döyüşmək üçün yerləşdirir . Türkiyə və Pakistan yekdilliklə Azərbaycanın arxasında olduğunu bildirmişlər. Ancaq bu təxribatlar Azərbaycan,Türkiyə və Pakistan qardaşlığına heç bir təsir göstərə bilməyəcək.
Zidan Həsənli
Nəsimi RİH Könüllüsü