Əlaqə Arxiv
news Image
2020.10.02
19:17
| A A A
Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır
Çox qəribə bir "dostluq" aləmi ilə qarşı-qarşıya durmağımız çox dövlətləri sual qarşısında qoyur. Fransa işğalçının yanındadır. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərməli, Ermənistana beynəlxalq təzyiq edilməlidir. Fransanın tarixinə nəzər yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fansızlar tərəfindən 1,5 milyon əlcazairliyə qarşı soyqırımı həyata keçirmişdir. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi günü bu gündə də öz aktuallığını qoruyub saxlayır. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan özünün təcavüzkar siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsi ilə danışıqlar prosesini pozmağa çalışır. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələ bilərik. Neçə-neçə qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda canlarınnı fəda ediblər. Ordumuzun qüdrətini göstərən digər bir amil isə, orduda xidmət edənlərin vətənə, torpağa bağlılığıdır. Bizim ordumuz vətənpərvərlik ruhunda böyümüş yüzminlərlə hərbiçidən ibarətdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, həmçinin tarixi soyqırımlarla dolu olan Fransanın işğalçı Ermənistanı dəstəkləməsi və obyektiv olması "əsil demokratiya" prinsiplərini kobud şəkildə pozur. İşğalçı dövlətə dəstək verən vasitəçənin öz həmsədirlik funksiyasını düzgün yerinə yetirməsi böyük şübhə doğurur. Günel Bağırova Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz