Əlaqə Arxiv
news Image
2020.10.02
19:21
| A A A
Fransa işğalçı Ermənistanı dəstəkləsə də, QƏLƏBƏ bizimdir!
Sentyabrın 27-də səhər saatlarında erməni işğalçıları iriçaplı silahlardan, artilleriya qurğularından istifadə etməklə genişmiqyaslı təxribat törətmişlər. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında yaralananlar və həlak olanlar var. Azğın ermənilərə qarşı Azərbaycan Ordusu dərhal əks-hücuma keçərək işğalda olan bir neçə yaşayış məntəqəmizi və strateji əhəmiyyətli yüksəklikləri təcavüzkarlardan azad etmişlər. Artıq neçə gündür ki, şanlı Azərbaycan Ordusu mənfur ermənilərə öz gücünü, qüdrətini göstərərək, müqəddəs torpaqlarımız, Vətənimiz və xalqımız uğrunda mübarizəni davam etdirirlər. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını döyüş meydanında qoyub qaçırlar. Ermənistan bununla belə, mülki əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir. Əli hər yerdən üzülən, məğlubiyyətinin yaxında olduğunu bilən ermənilər əsası olmayan şaiyələr yaymaqla məşğul olurlar. Ölkəmizin haqq və ədalət uğrunda savaşında qardaş ölkələrdən dəstək gəldiyi kimi, erməni havadarlarından da əks fikirlər səslənir. Bunlardan biri ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransadır, hansı ki, münaqişəni sülh yolu ilə həll etmək üçün yaradılan bu qurumun üzvləri qərəzsiz və tərəfsiz mövqe göstərməlidir. Ancaq hər kəsə məlumdur ki, Fransa tərəfsizliyini qoruya bilmir və işğalçı Ermənistanı dəstəkləyir. Lakin bu nə Azərbaycan Dövlətini, nə Azərbaycan Ordusunu, nə də Azərbaycan xalqını yolundan döndərə bilməyəcək. Çünki biz öz torpağımız uğrunda vuruşuruq. Fransanın bu mövqeyi aydın sübut edir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını tələb olunan normalar çərçivəsində yerinə yetirə bilmir. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Fransa və digər dövlətlər son illər münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini yaxşı bilirdilər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkələrinin diqqətinə çatdırmışdı ki, Paşinyan hökuməti danışıqlardan boyun qaçırır. İndiki yaranmış vəziyyət həmsədr ölkələrin münaqişənin sülh yolu ilə həll olunması prosesinə etinasız yanaşmağının nəticəsidir. Fransa prezidenti E.Makronun "Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq" bəyanatıyla danışıqlar prosesində münaqişə tərəflərinə fərqli münasibət göstərdiyi aşkar oldu. Bu bəyanat Ermənistanın işğalçılıq siyasətinin Fransa tərəfindən dəstəklənməsinin açıq sübutudur. O dövlət ki, son tarixə nəzərə salsaq, bir çox ölkələrdə - Vyetnamda, Cibutidə, Çadda, Qabonda, Tunisdə və s. soyqırım törətdiyi bütün dünyaya bəllidir. Biz xalq olaraq bu haqq mübarizəmizdə birlik nümayiş etdirərək, Dövlətimizin və Ordumuzun gücünə güvənərək başladığımız bu mübarizəni zəfərlə sona çatdırıb əzəli və tarixi torpaqlarımızı mənfur düşmənlərdən azad edəcəyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi: "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var". Gülnarə Hacıyeva, Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz