Əlaqə Arxiv
news Image
2020.10.04
22:25
| A A A
Prezidentin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Müsahibə Azərbaycan-Ermənistan arasındakı münaqişənin 20ildən artıqdır ki başlaması və nəyə görə  sülhə addım atılmaması barədə sualla başladı.Cənab Prezidentimiz İlham Əliyev isə bu sualın cavabında əsas səbəbin Ermənistanın sülh istəməməsinin olduğunu,onların bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istədiklərini eləcə də status-kvonu dəyişmək istəmədiklərini bunun üçündə münaqişənin uzandığını qeyd etmişdir.Eyni zamanda Prezidentimiz onuda qeyd etmişdir ki, əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
Cənab Prezidentimizə ünvanlanan digər sualda isə Azərbaycanın beynəlxalq müstəvidə narahatlıq doğuran məsələlərə görə layiq olduğu dəstəyi almamasıyla bağlı olmuşdur.Bunun cavabında isə Cənab Prezidentimiz  Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimizin olduğunu,  beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etdiyini,. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının da eynisini etdiyini və  İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqalarının da eynisini etdiyini,lakin bunun  kifayət etmədiyini vurğuladı.Eyni zamanda o bildirmişdir ki,bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir. 
Digər sualda isə jurnalist Ermənistanın bu müharibəni, bu münaqişəni başlamaqda günahlandırdığımızı bildirdi.Lakin bir  çoxlarının etdiyi iddialara əsasən Ermənistan öz cari ərazisini və 2018-ci ildəki məxməri inqilabdakı qələbəni nəzərə alaraq münaqişənin başlamasına risk etməyəcəyini bildirdi..Buna Siz nə deyərdiniz?- deyə sualı Prezidentimizə ünvanladı.
Cənab Prezidentimiz isə cavabında bildirdi ki,”bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər.”Bu təxribatlara isə iyulun 12-də və münaqişə regionundan çox uzaqda olan Tovuzu atəşə tutub,mülkü əhaliyə zərər yetirməyi,sonra isə avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktları törətmək üçün göndərilmiş diversiya qrupunu göndərməyi,sonra isə sentyabrın 27-də baş verənləri  bu siyasətin məntiqi davamı kimi  misal göstərmək olar.Həmçinin cənab Prezident onuda vurğulamışdır ki.” Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir.” 
Həmçinin Prezidentimiz hesab edir ki,bunun səbəblərindən biridə Ermənistanın daxili çətinlik yaşamasıdır.Çünki onlar indi çox ciddi siyasi böhrandan əziyyət  çəkirlər.
Bu gün bizim mövqemizin dəyişməz olaraq qaldığını,bizim tələblərimizin tamamilə beynəlxalq hüquqa müvafiq olduğunu  və Ermənistanın yalnız  bizm ərazilərimizi tərk edərsə müharibənin bitəcəyini   cənab Prezident bildirmişdir. Bu gün artıq bütün dünya bunu bilir. Qarabağ Azərbaycanındır!

İbadova Günay
Nəsimi rayon gənci Azərbaycan Dillər Universitenin tələbəsi 

Sizin Reklam Yeriniz