Əlaqə Arxiv
news Image
2020.10.04
23:00
| A A A
Qarabağ həqiqətlərini bütün dünya bilməlidir!
Qədim zamanlardan diqqət mərkəzində olmağı bacaran Azərbaycan o cümlədən , onun tarixi əraziləri bu gün də təbii ki , bütün diqqətləri Qarabağ mövzusunda öz üzərində cəmləmişdir. Bildiyiniz kimi dünən Ali Baş Komandan , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Əl-Cəzirə" televiziya kanalına müsahibə vermişdir .Müsahibənin ilkin mərhələsində cənab prezident Ermənistan və Azərbaycan arasında nəyə görə 20 ildən artıqdır ki , sülhə nail olmamaq mövzusunda sual ünvanlanıb. Bu suala qərərsiz və olduqca dəqiq cavab verən prezidentimiz neçə illərdir ki , Ermənistanın sülh istəməməsindən və onların hələ də münaqişələrə meyilli olmasından söz açıb .        
          Bir dövlət ki , daima sülh yolundan qaçır , heç bir diplomatiyanı, danışıqları nəzərə almır orada axı hansı barışıqdan , hansı sülh yolu ilə mübarizə aparmadan torpaqları geri qaytarmaqdan danışmaq olar?! . Biz daima həm müasir dövrdə , həm də Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə müyyən sanksiyalar yolu, beynəlxalq təşkilatların əli ilə danışıqlara getməyə sülh yolu ilə hər şeyi qaydaya salmağa çalışmış, öz siyasi iradəmizi ortaya qoymuşuq .Təbii ki , bu illər ərzində Azərbaycanın və Ermənistanla arasındakı danışıqlarda sülh əldə etmək istəyi , bizim necə də sülhpərvər olduğumuzu bir daha sübuta yetirir . Lakin , Ermənistanın daima xoflu , məkrli , küdurətli davranışlarını nəzərə alsaq , görərik ki , onlar həmişə danışıqlar prosesini məhv etmək istəyirlər . Elə bu baxımdan , indiki dövrdə Ermənistan ərazisində yaşayan həm mülki əhali , o cümlədən cəbhə xəttində əli silahlı vuruşan hərbiçiləri də ciddi siyasi böhrandan əziyyət çəkirlər . Lakin , bizim beynəlxalq vəziyyətimiz , siyasi iradəmiz , güclü ordumuzun düşmənə vurduğu sərrast atışları nəticəsində dəyişməz olaraq qalır . Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Onlar yalnız , etdikləri səhvi düzəltməyə yəni "Qarabağ Ermənistandır" yox , "Qarabağ Ermənistan deyil" tipli yeni bəyənatla çıxış etməlidirlər . 
          Qədim dövrdən müasir dövrə qədər olan çoxşaxəli , zəngin tariximizə nəzər salsaq görərik ki , neçə illər bundan əvvəldə tarixi Qarabağ ərazisi Azərbaycana məxsus olmuşdur . Bizim qədim türk babalarımızın miras qoyduğu , lakin indi düşmən tapdağı altında qalan ərazilərimiz, prezidentimizin uğurlu və uzaqgörən siyasəti nəticəsində çox güman ki , digər azad 
olunmuş ərazilər kimi bircə-bircə geri qaytarılacaq . Qədim tarixə səfər etsək , qarşımıza sırf Qarabağ ərazisinin tarixinin Azərbaycanla bağlı olduğunu görərik . Çünki burada mədəniyyətinin maddi sübutu olaraq , bir sıra tapıntılar , daha sonra geniş , çoxşaxəli coğrafiyası Qarabağın bizim torpağımız olduğunu bir daha göstərir . Heç bir mübaliğə olmadan qeyd etmək lazımdır ki , təkcə Azərbaycan əhalisi və vətandaşları yox , o cümlədən xalq Azərbaycanın uğurlu atdığı addımlara, həm də dövlət başçımızın uzaqgörən siyasətinə arxalanır . Bu siyasətin arxasında güclü lider olduğu üçün xalq həmişə öz millətinə güvənir və onunla qürur hissi duyur . Sanki , Azərbaycanın dünyaya bəxş etdiyi bu siyasət bütün vicdanlı,qərərsiz daima xalqının ətrafında onun problemlərini doğru-düzgün yerinə yetirməyə çalışan dövlətlərə də bir çağırış , motivasiya idi . Bu gün hamımızın şahid olduğu kimi , Turan obasının igid övladları , türk xalqı da Azərbaycanın uğurlu siyasətini dəstəkləyir , hər zaman köməyə ehtiyacı olduğu bir anda daima onun yanında olacağını və əl-ələ verib yüksəklərə qaldıracağını söz verir . Diplomatik danışıqlar yolu ilə hər zaman sülhpərvər siyasətə olan meyilimizin bizim nədənsə qorxduğumuz üçün, müharibə etməkdən çəkindiyimizə olan işarə deyil. Cənab Ali Baş Komandan öz fikirləri ilə müsahibəni belə sonlandıraraq deyib : “Bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik.” Biz heç bir əlavə təzyiqdən , heç bir kəsdən qorxmuruq . Çünki biz haqq yolundayıq. Biz haqq-ədalət yerini düzgün tapsın deyə mübarizə aparırıq . Bizim olanı almadan əl çəkən deyilik! Vətənimizin igid oğulları bu günə kimi şərəflə savaşıb bundan 
sonrada savaşmağa hazırdır. Bu gün təkcə cəbhə xəttində vuruşan hərbiçilərimiz yox , hətta mülki əhalinin azyaşlı uşaqlarının belə əlində Azərbaycan bayrağı , ürəyində Vətən sevgisinin olduğununrahatca şahidi ola bilərik .
Nəsimi rayon gənci, 
İbrahimova Günay Ədalət qızı
Sizin Reklam Yeriniz