Əlaqə Arxiv
news Image
2020.10.04
23:15
| A A A
Biz Prezidentimizlə fəxr edirik!

Sentyabrın 27-də səhər saatlarında erməni işğalçıları iriçaplı silahlardan, artilleriya qurğularından istifadə etməklə ölkəmizə qarşı növbəti dəfə genişmiqyaslı təxribat törətdilər. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında yaralananlar və həlak olanlar var. Azğın ermənilərə qarşı Azərbaycan Ordusu dərhal əks-hücuma keçərək işğalda olan bir neçə yaşayış məntəqəmizi və strateji əhəmiyyətli yüksəklikləri təcavüzkarlardan azad etmişlər və etməkdə davam edirlər.
           Artıq neçə gündür ki, şanlı Azərbaycan Ordusu mənfur ermənilərə öz gücünü, qüdrətini göstərərək, müqəddəs torpaqlarımız, Vətənimiz və xalqımız uğrunda mübarizəni davam etdirirlər. Onu da qeyd etmək yerinə düşər ki, ermənilər Ordumuzun belə adekvat cavabı ilə rastlaşacaqlarını heç ağıllarına belə gətirmirdilər.Çünki qarşılarında güclü Azərbaycan Ordusu, qətiyyətli Azərbaycan Prezidenti və mətin Azərbaycan xalqı dayanıb. Hal-hazırkı vəziyyətdə Ordu-Dövlət-Xalq birliyi sarsılmazdır və bu da bizə qələbənin yaxın günlərdə olacağından xəbər verir. 
        Azərbaycan xalqının inandığı, dəstəklədiyi və fəxr elədiyi möhtərəm Prezidentin soyuqqanlı və qətiyyətli çıxışları hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır və torpaqlarımızın son qarışına qədər tezliklə düşməndən azad olacağına əminlik yaradır.
         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. 
         Telekanalın müxbirinin bu münaqişənin nə üçün uzun çəkməsi sualına  Ali Baş Komandan belə cavab vermişdir: “Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir”.
         Bəli, indi erməni faşistlərinin onlar üçün acı olan sonluqla barışmaqdan başqa çarələri qalmayacaq.
Sədaqət Həsənova, Nəsimi rayon təhsil işçisi

 

Sizin Reklam Yeriniz