Son zamanlar cəbhədə baş verənlər bütün dünyanı heyrətləndirir.Azərbaycan ordusu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və uğurlu siyasəti nəticəsində döyüş xəttində qəhrəmanlıq dastanı yazır.Istər hərbi,istər siyasi cəhətdən Ermənistan geri püskürdülür.Ilham Əliyev qətiyyətli çıxışları,tutarlı sözləri və əmin addımları ilə düşmənə laiqli cavablar verir,Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil edir.Ordumuz rəhbərin bu uğurlarından daha da ruhlanır və işğal altında qalmış və yolumuzu gözləyən əraziləri düşmən tapdağından şüçaətlə təmizləyir.
Prezidentimiz cənab İlham Əliyevin xarici kanallara verdiyi müsahibələr dünya xalqlarına həqiqətləri çatdırır.Cari ilin 2 oktyabr tarixində bu müsahibələrdən biri daha həyata keçdi.Prezidentimizin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə də bunlardan biridir.Ilham Əliyev münaqişəsinin əsl səbəblərindən,həllinə mane olan ünsürlərdən bəhs edərək bildirib ki,əsl səbəb odur ki,Ermənistan sülh istəmir və torpaqlarımızı daim işğal altında saxlamaq istəyir.Hətta bununla da yetinməyib yeni ərazilər işğal etməyə çalışır.Lakin Ermənistan tərəfi unutmamalıdır ki,Azərbaycan Respublikası bir qarış torpaq belə güzəştə getməyəcək və işğal altında qalmış torpaqların hamısı azad olunmadıqca münaqişə həll olunmayacaq.
Prezidentimiz onu da qeyd edib ki,Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar və başqaları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib.Lakin təcavüzkar Ermənistana kifayət qədər praktiki təziq yoxdur.
İlham Əliyev çıxışında erməni xalqına bir daha müraciət edərək onları öz müqəddaratını özlərinin həll etməsinə çağırdı:”Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik.”
Hər dəfə olduğu kimi cənab İlham Əliyev yenə də humanistliyini nümayiş etdirdi.Lakin bu o demək deyildir ki,Azərbaycan yenə gözləyəcək.Prezidentimiz xüsusi olaraq qeyd etdi ki,Azərbaycanın daha 30 il gözləməyə vaxtı yoxdur.Bizim dediklərimiz beynəlxalq qətnamələrin,qanunların mətnindən başqa bir şey deyildir.Qarşı tərəf isə yalan və böhtana əl ataraq Azərbaycanı dünyaya təcavüzkar ölkə kimi tanıtmağa çalışır.Lakin dünya haqlını və haqsızı çox gözəl tanıyır.Biz həm siyasi,həm hərbi cəhətdən daha təcrübəli və daha güclüyül.Buna görə də haqq işimizdə qələbə bizimlədir.Zəfər Azərbaycanındır,zəfər Azərbaycan əsgərinin,Azərbaycan xalqınındır!
Şəmilova Dünya Mərdan
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci