Əlaqə Arxiv
news Image
2020.10.05
09:54
| A A A
Zəfər Azərbaycanındır!

 Bugün bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə bu günədək “ Dağlıq Qarabağ “ respublikasını tanımamışdır. Düşmən bizim dədə-baba torpaqlarımızı tərk etməlidir. Bugün xalqın istəyi də məhz budur. Əgər düşmən torpaqlarımızdan gedərsə o zaman cənab Prezidentimizin dediyi kimi müharibə dayanar və son qoyular. 
         Biz ordumuzun rəşadəti nəticəsində torpaqlarımızı alırıq. İtkilər var, çətinliklər var, eyni zaman qələbə göz yaşları da var. Bütün bunları zamanında etmiş olsaydılar, verilən qərarlar icra olunsaydı sülh yolu ilə həll edilərdi. Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiyi   “Qarabağ Ermənistan” ifadəsi onun xalqını ölümə  sürüklədi. İllərlə sülh yolu ilə həllinə çalışan cənab prezidentimiz bu ifadədən sonra hec bir danışıqlardan söhbət gedə bilməz dedi. Bugün bizim torpaqlarımızı almağa və düşməni yerində oturtmağa güclü ordumuz var. Bütün bu problemlərin həllinin uzanması, 30 il torpaqlarımızın işğal altında olması və Azərbaycan xalqının səbrlə, təmkinlə, illərlə gözləməsi , səbr etməsi onu göstərir ki, biz sülh istəmişik, müharibə yox. Bütün olanlara Azərbaycan daha çox anlayış göstərib . Hər zaman da sülh yolunu tapmaq üçün səy göstərib. Lakin düşmən yayındırıcı yanaşma ilə danışıqlardan hər zaman qaçıb. İllərlə danışıqlardan qaçan N.Paşınyan bugün hansı danışıqlardan danışacaq?  İllərlə bütün danışıqları məhv edirlərsə indi nədən danışacaq? Biz bilirdik ki, danışıqlar ikitərəfli aparılmalıdır. Birtərəfli mümkün deyil. Son zamanlar düşmən tərəfin irəli sürdüyü şərtlər artıq xalqın kəskin qəzəbinə səbəb oldu. Bütün bunlar bizə qarşı növbəti təxribat idi. Əslində bu şərtlər Minsk qrupunun qəbul etdiyi qərarların danışıq formatını dəyişmək idi. Bu danışıqları təkcə biz yox , Minsk qrupu da ləğv etdi. Paşinyan işlənmiş bütün prinsipləri məhv etdi. Bu gün artıq bütün məsuliyyət onun və hökümətinin üzərindədir. 
     Artıq bütün bu olanları bütün dünya izləyir və görür. İllərdir baş verənlər  daim mətbuatlarda da dərc edilib. Artıq bugün erməni xalqı öz qərarını verəcək. Səriştəsiz Paşinyan xalqına cavab verməli olacaq.

 Bağırova Günel
 Nəsimi rayon sakini

Sizin Reklam Yeriniz