Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Təəssüf ki, 1990-cı illərin əvvəllərində, mənfur düşmənimiz- ermənilər insanlığa sığmayacaq davranışlarla əhaliyə zülm edərərk Dağlıq Qarabağı işğal etdilər. Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq.
Sentyabrın 27-i səhər saatlarından başlayaraq mənfur düşmən- Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Təbii ki, Azərbaycanın şanlı Ordusu əks-hücum əməliyyatı nəticəsində bir neçə məntəqələrimizi, rayon və kəndlərimizi işğaldan azad etmiş və etməyə davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayında Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.
Prezident İlham Əliyevin son günlərdə dünyaca məşhur “TRT Haber” televiziya kanalına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından həm Ermənistan, həm də Fransa rəhbərliyinin son günlər dünya mediasında bizə qarşı ünvanladığı dezinformasiyaları ortaya çıxarmaq və zərərsizləşdirmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir.
Ali Baş Komandan cənab İlham Əliyev müsahibəni Qarabağda baş verən son proseslər üzərində qurmuşdu. Qardaş ölkənin mediası- “TRT Haber” telekanalında müsahibənin uğurlu keçməsinin şahidi oldum. Prezidentə ünvanlanan suallar ağırlığı və dəqiq cavabları ilə seçilirdi. Bu müsahibə bütün Türk dünyasına bir daha ədalətli tərəfin kim olduğunu göstərdi. Düzdür, Qardaş Türkiyə Azərbaycanın haqlı olduğunu əminliklə bilir, lakin Türk Dünyası təkcə Türkiyə və Azərbaycandan ibarət deyil. Bu müsahibə digər Türk dövlətlərinin də maariflənməsinə səbəb oldu.
Cənab Prezident sonda qardaş ölkəyə dəstək göstərdiyi üçün təşəkkür edib və müsahibəni bu cümlə ilə bitirib : “İndi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur - Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan - tək millət, iki dövlət.”
Nəsimi RİH Könüllüsü
Hakim Mürşüdov