Prezidentimizin TRT-yə verdiyi müsahibə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “ TRT Haber” televiziya kanalına müsahibə vermişdir. Müsahibədə jurnalist son hadisələrlə bağlı baş verənləri Prezidentimizin dilindən öyrənmişdir. Jurnalist öncə, Prezidentimizdən hərəkatın hal hazırda hansı mərhələdə olduğunu və onun plan çərçivəsində irəlilədiyini soruşmuşdur. Prezidentimiz cavabında söyləmişdir ki, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələrin icra olunduğunu bildirmişdir. O həmçinin bildirmişdir ki, Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələrin, bir şəhərin, bir neçə kəndin işğaldan azad edildiyini də xüsusilə vurğulamışdır.
Jurnalist: “ Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa ölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyini düşünürsünüzmü?” Prezidentimiz: “ Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələrə davam edilsin. Düzdür, artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Amma bugünkü Ermınistan bütün əvvəldən, bəri baştan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Bizim tələblərimiz var və mən bunu rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir.” Jurnalist həmin zəmanətlərin nə olduğunu soruşanda, prezidentimiz isə cavanda söyləmişdir: “ Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə bu məsələ sülh yolu ilə həll olunacaq.”
Prezidentimiz eyni zamanda, qardaş ölkə Türkiyəyə öz dərin minnətdarlını bildirmişdir. Bildiyimiz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün hər zaman örnək olmuşdur. Prezidentimiz qeyd etmişdir ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur. Azərbaycan və Türkiyə birliyi qədim tarixə, dininə, dilinə əsaslanır. Prezidentimiz cənab İlham Əliyev həmçinin, digər qardaş dövlət- Pakistana da öz təşəkkürünü bildirmişdir. Çünki, bu çətin vəziyyətdə Tükiyə ilə yanaşı Pakistan dövləti də məhz Azərbaycana dəstək olmuşdur. Bu dövlətlərlə yanaşı, digər bir sıra dövlətlər var ki, bizim dövlətimizə dəstək olmuşlar. Məhz Prezidentimiz də həmin dövlətlərin prezidentlərinə təşəkkürünü bildirmişdir. Sözsüz ki, bu çətin dönəmdə onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.
Sonda, jurnalist “ Bir millət iki dövlət” deyərək Azərbaycanın Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişdir. Prezidentimiz isə cavabında: “ Siz mənə atamın şox məşhur kəlamını yada saldınız, Heydər Əliyevin sözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur- Bir millət iki dövlət.”
Nəsimi rayon gənci Əliyev Murad Taleh oğlu