Əlaqə Arxiv
news Image
2020.10.06
19:21
| A A A
İlham Əliyev: “Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın”

Məlum olduğu kimi, sentyabrın ayının 27-si erməni silahlı qüvvələrinin bölgələrimizi atəşə tutması ilə Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoydu. Vətənimizin işğal olunmuş torpaqlarının azad olunması yolunda Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonu, bir sıra kəndlərimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz düşməndən təmizlənmişdir. Lakin Ermənistan hökumətinin təxribatları durmaq bilmir, Azərbaycanın bir sıra yaşayış məskənlərinə, mülki əhaliyə atəş etməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib. Jurnalistin suallarını cavablandıran Prezident qeyd edərək bildirmişdir ki,  hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
Müxbirin “Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa ölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyini düşünürsünüzmü?” sualına cavab olaraq Cənab Prezident “Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik”. Çıxışını davam etdirən ölkə başçısı “ Bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var. Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.” fikirlərini səsləndirmişdi. Müxbirin “Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi? Narahatlığınız varmı?” sualına İlham Əliyev “Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik.” deyərək cavablandırmışdı. Müxbirin “Fransa Prezidenti Makronu üzr istəməyə dəvət etdiniz.” sualına isə “ Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir.” deyərək cavablandırmışdı.
Müsahibənin sonunda Cənab Prezident “Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.” deyərək fikrini tamamlamışdır.

Fehruzzadə Xatirə Qurban qızı

Sizin Reklam Yeriniz