Əlaqə Arxiv
news Image
2020.10.14
07:00
| A A A
Terror Ermənistan dövlət siyasətinin bir parçasıdır

Bu ilin 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağ cəbhə xəttində Humanitar Atəşkəs elan olunmuşdur . Lakin atəşkəsin rəsmi olaraq  başladığı andan 1 saat belə keçməmiş Ermənistan dövləti ənənəsinə sadiq qalaraq xaincəsinə atəşkəsi pozub mülki əhalini və yaşayış obyektlərini atəşə tutmuşdur.
Ermənistan ordusu 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə dinc əhalinin sıx yaşadığı əraziyə raket ataraq yaşayış evlərinin darmadağın etmişdir. Dağıntılar altında qalan əhalidən 9 nəfəri vəfat edib, 33 yaralı var. Bu xain hücuma 1 ad vermək olar terror. Terror Ermənistan siyasətinin bir parçasıdır 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın eynisini bu gün dinc Gəncə əhalisinə qarşı etdilər. Yenə günahsız körpələri hədəf aldılar,silahsız əhalini yuxusunda bombalayaraq zərər verdilər. Gəncə şəhərini hədəf alaraq onlar bir daha vəhşi,barbar bir millət olduqlarını sübut etdilər. 
Azərbaycan dövləti Humanitar atəşkəsin şərtlərinə sadiq almağı seçmişdi. Lakin, Ermənistan rəhbərliyi öz hiyləgər addımlarından geri qalmadı. Cəbhədə atəşkəsi pozdular, dinc Gəncə əhalisinə raket ataraq 9 nəfərin ölümünə səbəb oldular. Beləliklə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində bu vaxta qədər 41 mülki şəxs vəfat etmişdir. Ermənistan dövləti cəbhədə Azərbaycan ordusunun gücünə tab gətirə bilmədiyi üçün hədəf olaraq mülki əhalini seçir. Azərbaycan xalqını ruhdan salmağa çalışır. Amma əhali ruhdan düşmür daha da həvəslənərək  torpaqlarımızın azad olunacağı günü gözləyir. 
Biz əminik ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə düşmənə layiq olduğu cavabı artıqlaması ilə verəcəkdir. Azərbaycan xalqının  ordusuna və dövlətinə güvəni tamdır. Qarabağ Azərbaycandır və tezliklə bayrağımız Qarabağda dalğalanacaqdır!
Məmmədova Simranə  
Nəsimi rayon gənci 

 

Sizin Reklam Yeriniz