Vətən torpaqlarımızın işğalçı ermənistandan geri qaytarılması uğrunda mübarizəmiz düşmən ordusunun işğal etdikləri torpaqlarımızdan qeyri-şərtsiz çıxacağı vaxta qədər davam edəcəkdir və eyni zamanda Prezident İlham Əliyev düşmənin işğalçı niyyətlərini ,faşistliyini və yalanlarını bütün ictimaiyyətə media vasitəsiylə bildirməkdə davam edir.
Prezident İlham Əliyev 12 oktyabrda Türk televiziya kanalı olan “Haber Global” kanalına müsahibə vermişdir. İlk növbədə Prezident ermənistanın Moskvada əldə edilmiş humanitar atəşkəsə əməl etməyərək Gəncə şəhərinə “Toçka-U” raketilə atəşə tutduğunu və nəticədə mülki əhali arasında ölən və yaralananlar olduğunu bildirmişdir.Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız böhtanlar atıldığını və dinc əhaliyə qarşı ağır silahlardan istifadə edərək onları qorxutmaq,öldürmək niyyətində olduğunu bildirdi.Bu təxribatların həyata kecirilməsini hazırda döyüş zonasından xeyli uzaq yerləşən bölgələrimizə atılan raketlər əyani sübutdur ancaq bütün bu təxribatlar mülki əhalini qorxutmur və düşmənin zəifliyininin göstəricisi kimi qiymətləndirilir .Eyni zamanda düşmənin bu qanunsuz hərəkətləri müharibənin miqyasını genişləndirmək istəməsindən irəli gəlir və düşmən tərəfindən edilən bu təxribatlar Cenevrə konvensiyalarını kobud şəkildə pozur və bu da ermənistanın beynəlxalq qanunlara məsuliyyətsiz yanaşdığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirir.Həmçinin bizim işğaldan azad etdiyimiz Cəbrayıl şəhəri və bir neçə kəndi,Hadrut qəsəbəsi,bir sıra yüksəkliklər,Suqovuşan ərazisi və uğurlu şəkildə davam edən döyüş əməliyyatlarımız Ermənistan Baş Nazirini təşvişə salmış və dərhal xarici dövlətlərdən kömək istəməyə başlamışdır .
Bütün bunlar Azərbaycanı haqq yolundan döndərə bilməyəcək.Düşmən tərəfi bu münaqişəyə əlavə güclərin ,dövlətlərin qatılmasında maraqlıdır və bunu etmək üçün çox səy göstərir ancaq nəticəsi yoxdur.Prezident İlham Əliyev Moskvadakı danışıqlardan sonra ermənistanın bizə qarşı etdiklərinin nəticəsi olaraq onlara verilən sonuncu şansını itirdiyini bildirdi .Bizim bu ədalətli mübarizəmiz də bizə böyük dəstək olan ölkələr haqqın tərəfində olduğunu bütün dünyaya göstərdi.Biz bu çətin vəziyyətdə dostu və düşmənimiz daha yaxşı seçə bildik və bizə dəstək olan bütün ölkələrlə gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.Türkiyənin bizim haqq səsimizi dünyaya çatdırımasında böyük işlər gördüyünü və xaricdəki ermeni diasporasının saxta məlumatlarının ifşa edilməsində bizə çox kömək olduğu bildirilmişdir. Həmçinin Cənab İlham Əliyev işğaldan azad olunmuş bütün bölgələrdə həyat şəraitini,infrastruktur işlərini yüksək səviyyədə həyata keçiriləcəyini qeyd etmişdir . Sonda demək istəyirəm ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və heç kim onu bizdən bir daha ala bilməyəcək.
Zidan Həsənli
Nəsimi RİH Könüllüsü