Əlaqə Arxiv
news Image
2020.10.14
11:06
| A A A
Ermənilər hiyləgərliklərinə davam edirlər

Tarix boyu Ermənistan dövləti Azərbaycanı ələ keçirməyə,onun torpaqlarını özünküləşdirməyə çalışmışdır. Və buna bəzi dövlətlərin köməyi ilə keçici müddətlikdə olsa nail ola bilmişdir. Amma buna belə şərəflə nail ola bilmədi.Gecə yarısı dinc əhalini talan etmək, onlara qarşı vəhşicəsinə qətliamlar törətmək,körpə uşaqları boruya salıb dağın başından atmaq,insanların dərilərini soymaq,qadın cəsətlərinə təcavüz etmək və daha nələr nələr.. Bəli əfsuslar olsunki bunlar həqiqətlərdir.Bunların hamısını mənfur düşmən ermənilər Azərbaycana qarşı etdikləri amansız işğalçı siyasətlərindən biri olan Xocalı soyqrımında həyata keçirmişlər.Bu saydıqlarım hələ bir hissəsi idi.Bunlardan hansı biri insanlığa sığar?Bu vəhşiliklərə nə ad vermək olar? Bunlar hamısı tarixdə faktlarla sübutunda öz əksini tapıb.
1992-2020... Əfsuslar olsun ki tarix yenidən təkrarlanır. Dəyişən isə sadəcə rəqəmlərdi. Mənfur düşmənlər yenədə bizim torpaqlarımızdan əl çəkmir.Sentyabrın 27-dən başlayan müharibə getdikcə daha da alovlanır.Azərbaycan xalqı hər zaman etdiyi kimi bu dəfə də humanist davranaraq düşmənlərin ölmüş əsgərlərinin cəsədlərini yığa bilməsi üçün qısa müddətli atəşkəs imzalamağa razı oldu. Amma bu fürsəti belə dəyərləndirə bilməyib öz hiyləgərliyindən geri qalmadılar.
Atəşkəsdən dərhal sonra Azərbaycanın Tərtər və Ağdam rayonlarını atəşə tutdular. Bir neçə saat sonra Hadrut və Cəbrayıl istiqamətində hücum cəhdi həyata keçirdilər. Daha sonra Ağcabədi və Füzuli rayonlarını atəşə tutdular.Azərbaycan onların 30ildə qurduğu ordunu 10gündə darmadağın etməyi bacarıbsa bundan artığını etməyə qadirdir.Amma biz onlar kimi hiyləgər,saxtakar,mundar deyilik ki mülkü əhalini hədəf alaq.Biz hər dəfəsində onlara şans tanıdıqca onlar daha da azğınlaşırlar. Azad etdiymiz əraziləri bizdən geri almağa cəhd göstərirlər amma buna nail ola bilməyəcəklər.Ali baş komandanımızın və şanlı ordumuzun səyi nəticəsində biz daima irəli gedəcəyik. Mənfur ermənilər atəşkəsi kobud şəkildə pozmaqla qalmır,11oktyabr gecə yarısı saat 2 radələrində insanların evində,isti döşəyində yatdığı anda evləri başlarına uçdu.Yaşlı,uşaq,demədən yenidən bu terrorizm aktını həyata keçirdilər.
İnsanlar dağıntılar altında qaldı.Körpə balalarımız yaralandı,valideynlərini itirdi,öldü,ölməyənlər isə bu ağır travma ilə həyatlarının sonuna kimi yaşamağa məcbur qaldı..Heçmi içləri sızlamır? Nə vaxta qədər günahsız,məsum körpələr bu vəhşilər tərəfindən qətlə yetiriləcək? Dünya buna niyə susur? Niyə heçkim bu vəhşilikləri görmür? İndi biz necə sülh bağlaya bilərik? Torpaqlarımızın yenədə o vəhşilərdə qalmasına, günahsız insanlarımızın qətlə yetirilməsinə,şəhidlərimizin qanlarının yerdə qalmasına necə göz yuma bilərik? Artıq savaşmaq zamanıdır! İntiqam zamanıdır! Bu  həsrət bitməlidi.Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatmadan əl çəkməyəcək.
Bizim olanı geri almadan durmayacaq.Onlar təxribatlara,vəhşiliklərinə davam etdikcə bizim mübarizə əzmimiz daha da qüvvətlənir.Ali baş komandanımızın göstərişləri,düzgün taktikaları sayəsində tezliklə Qarabağımıza qovuşacağıq.Və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancılacaq.
Ön cəbhədə əsgərlərimizin,arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində tezliklə Azərbaycan xalqı qələbə sevincini yaşayacaq. Soydaşlarımızın,şəhidlərimizin qanı yerdə qalmamalıdır.Bizim olanı geri almaq vaxtıdır.
Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!

İbadova Günay 
Nəsimi rayon gənci,Azərbaycan Dillər Universitetinin tələbəsi 

Sizin Reklam Yeriniz