Əlaqə Arxiv
news Image
2020.10.16
21:15
| A A A
Hər kəs bizim gücümüzü gördü
Ermənilərin mülki insanlara qarşı qəddarlığı anlaşılandır. Onlar həmişə döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar.Bunun da əsas səbəbi odur ki,onlar bu münaqişənin coğrafiyasını genişləndirmək,üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Gəncə şəhərinin atəşə tutulması Ermənistanın növbəti terror aktıdır. Xarici işlər Nazirlərinin Moskva görüşündə göstərildi ki,müzakirələr baza prinsipi-yəni Madrid prinsipləri əsasında bərpa edilir. Bu da işğal edilmiş torpaqlarımızın Azərbaycana qaytarılmasını təmin edir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Buna görə də heç bir ölkə Dağlıq Qarabağa müstəqillik verməyəcək və onu tanımayacaq. Azərbaycan çoxmillətli dövlətdir.Bizim ölkəmizdə çox millətlər yaşayır.Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmamalıdırlar.Mən tam əminəm ki ermənilər və azərbaycanlılar o bölgələrdə birgə yaşaya biləcəklər. Ermənistanın mülki əhalini hədəfə alması panika yaratmaq ,qorxu yaratmaqdır.Amma bu xain hücumlar bizi yolumuzdan döndərə bilməz.Çünki biz haqq yolundayıq.Bayrağımızı qaldırırıq,torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik. Minsk qrupunda elə ölkələr var ki,heç bir bölgə ilə maraqlanmırlar.Təsir də edə bilmirlər. Qardaş Türkiyəni biz bu prosesdə görürük.Əsas odur ki,Türkiyə bu masada olsun.Lakin bu gün Türkiyənin və yaxud hansısa xarici qüvvələrin bu münaqişədə iştirakı tamamilə yalandır.Əcnəbi insanların iştirakı da yalandır.Biz Türkiyədən hərbi yardım alırıq. Başqa ölkələrdən də yardım alırıq.Amma Ermənistanda Rusiyanın bazası var. Bizdə Türkiyənin bazası yoxdur. Ermənistan sərhədlərini rus əsgərləri qoruyur. Bizim sərhədlərimizdə türk əsgəri yoxdur.Bizim bölgəmizdə ölkəni idarə edən insanlardan çox şet asılıdır.Paşinyan küçədən gələn bir adamdır.O Ermənistanı fəlakətə aparır. Evləri dağılmış insanların problemlərini qısa müddətdə həll edəcəyik.Bizim xalq deyir ki:"Evim də batsın,malım da batsın.Təki Qarabağ alınsın." Müharibədən sonra dünya dəyişəcək.Hər kəs bizim gücümüzü gördü.Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq.Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik,sülh gətirir. Bakı Qızlar Universitesinin Tələbə Gənclər Təşkilatının sədr müavini Məftunə Cəfərzadə
Sizin Reklam Yeriniz