Əlaqə Arxiv
news Image
2020.10.16
21:18
| A A A
Yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycan!
Sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən əks-hücum əməliyyatları uğurla davam etdirilir. Şanlı Ordumuz düşmənin tanklarını, hərbi anbarlarını, bir çox raket kompleksini və idarəedici qurğularını məhv etmişdir. Xeyli sayda canlı qüvvə və artilleriya sistemi itirən düşmən, artıq panikaya düşərək bir çox ölkələrin prezidentlərinə zəng vuraraq kömək istəyir. Ağır sarsıdıcı zərbələrdən sonra düşmən danışıqlar masasına gəlməyə məcbur olub. Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə hər iki ölkənin Xarici İşlər Nazirləri ilə görüş keçirilib. 11 saat davam edən bu görüşlər təbii ki, ölkəmizin xeyrinə oldu. Danışıqların bu qədər uzun çəkməsinin əsas səbəbi isə Azərbaycan üçün məqbul olmayan açıqlamalar salınmalı idi. Danışıqların nəticəsi olaraq baza prinsiplər əsas götürülməklə atəşkəs elan olundu. Ermənistanın burada əsas məqsədi humanitar atəşkəs adıyla özünə yeni qüvvələr və silah –sursat təmin etmək idi. Lakin onlar atəşkəs rejiminə əməl etməyərək, yenidən dinc əhaliyə və mülki obyektlərə atəş açdılar. Təbii ki,belə bir anda Azərbaycan özünü müdafiə etməli idi. Mənfur ermənilər yeni bir soyqırım aktı törətdilər. Atəşkəs olmasına və sülh bölgəsi olmasına baxmayaraq Gəncəyə raket atılaraq insanların həlak olmasına səbəb oldular. Azərbaycan xalqı bunu Xocalı soyqırımı ilə eyni dərəcədə qiymətləndirmişdir. Bu cür təxribatları törətməkdə əsas məqsəd üçüncü tərəflərin məsələyə cəlb olunmasıdır. Ermənistan tərəfinin ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu təşkilatın nizamnaməsinə görə hər hansı bir dövlətə xaricdən hücum olarsa, digər dövlətlər köməyə gəlməlidir. İndi Ermənistan hər cür təxribatlara əl ataraq Azərbaycanın Yerevana hücumunu gözləyir və beləliklə, nizamnaməyə uyğun olaraq digər dövlətlər ona köməyə gələcək. Təbii ki, Azərbaycan bunu bilir və heç bir şəkildə öz torpaqlarından kənara və dinc əhaliyə atəş açmır. Hər zaman olduğu kimi əks –hücum əməliyyatları başladığı ilk gündən qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər vəzifəli şəxslər Azərbaycanın yanında olduğu haqqda bəyanat verdi. Pakistan dövlətinin Azərbaycana dəstəyi də danılmazdır. Pakistan baş naziri öz çıxışında Azərbaycanın yanında olduğunu və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirmişdir. Türkiyənin Azərbaycanın yanında olması və verdiyi mənəvi dəstək düşmənin daha da qıcıqlanmasına səbəb oldu. Yalan məlumatlar yayaraq, türk əsgərlərini Azərbaycan tərəfində vuruşduqlarını dünyaya inandırmağa çalışdılar. Lakin Prezident İlham Əliyev öz çıxışında bunun tamamilə yalan məlumat olduğunu və heç bir sübut gətirmədiklərini bildirdi. İlk gündən Türkiyənin dəstək olmasının çox böyük əhəmiyyəti var. Çox insan başa düşməsə də Türkiyənin dəstəyini bildirməsi regionda Azərbaycanın tək olmadığını düşmənlərə çatdırmış oldu. Azərbaycan hər zaman sülh tərəfdarı olmuş və yenə də bu məsələnin sülh ilə həll olunmasını istəyir. Bunun üçün də ATƏT-in Minsk qrupu yaradılmış, lakin illərdir heç bir irəliləmə olmamışdır. Elə həmsədr ölkələr var ki, heç onların bu məsələdə marağı və təsiri yoxdur. Ona görə də Minsk qrupunu tərkibi dəyişdirilməli, regionda və eyni zamanda bu məsələnin həllində böyük rolu olan Türkiyənin həmsədr ölkə kimi bu qrupa daxil olması vacibdir. İstər sülh, istərsə də hərbi yolla biz öz torpaqlarımıza qayıdacağıq. Biz bu yoldan dönməyəcəyik, çünki bizim yolumuz haqq yoludur. Yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycan! Vəliyeva Rumiyə Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz