Əlaqə Arxiv
news Image
2020.10.16
21:19
| A A A
Amalımız bir,inamımız bir olarsa,gücümüzə güc yetməz!
14.10.2020-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev cənabları Türkiyənin"Haber Türk" televiziya kanalına müsahibə verərkən nəzərimi çəkən səsindəki qətiyyət, inam məni çox qürurlandırdı.Azərbaycan xalqı öz layiqli oğlunun,möhtərəm prezidentimizin səlist,məzmunlu nitqinə qulaq asdıqca qürur duyur,İlhamlı gələcəyə qətiyyətlə baxır,arxalanır .Son vaxtlar birliyimiz, sarsılmaz qayaya dönüb .Söz yox ki, çox agir, bir dövr yaşayırıq .Bütün dünya bir gözə görünməz düşmənlə vuruşduğu halda, biz iki düşmənlə üzbəüz qalmışıq. Önümuzdə iki cəbhə acılıb.Hər ikisi ilə vurusuruq . Amma inamımızın bel sütunu o qədər güclü,o qədər möhkəmdir ki, sarsılmaz döyüş ruhu ,qələbə əzmi, bizi daha da birgə, möhkəm olmağa sövq edir. Dogrulara söykənən cəsarətimiz bizə baxan hər əyrinin belini yerindəcə düzəldir, ox edib özlərinə qaytarır. Dunya mediyası möhtərəm prezidentimizin hər çıxışı qarşısında əriyir ,yox olur. Bu möhtəşəmlik, döyüş strategiyası bütün dünyanı mat qoyub. Dünya, başda Ali komandan İlham Əliyev olmaqla bütün cəbhə boyu rəşadət göstərən igidlərimizin döyüs qabiliyyətinə,əzmkarlıgına sayğı göstərir. Biz haqq yolundayıq .Düşmənin əsl,murdar cəfəngiyat saçan,üfunət qoxuyan, məkrli simasını görur ,tanıyır.Budur Azərbaycanın dünya arenasından səslənən həqiqətləri.Xalq, ziyalılarımız dünya mediyasının yalanla gələn səslərini dogrulara,faktlarla mədəni,sivil tam mütəşəkkil formada elə susdururlar ki, səsləri tam kəsilir. Prezidentimiz bütün dünya mediyasının önünə cəsarətlə,ürəklə,inamla çıxır.Bu inamı ona ,elə onun qətiyyətinə söykənərək etibarını qazanmış xalqımız verib .Tam dolğun ,kəsərli çıxışları çox mifləri yox edir.Budur ədalət,budur gözlənilən nəticələr!Çiçəklənən,butöv Azərbbaycan uğrunda amalımız birdir.İsgal olunan torpaqlarımızı,döyüşərək, böyük ruh yüksəkliyi, ilə geri qaytarırıq. Ordumuz düşməndən çox fərqli olaraq dinc ,mülkü əhalini zərbə altında qoymur.Biz düşmənə qarşı döyüşən xalqıq, millətçi deyilik.Birliyimız, göstərdiyimiz döyüş əzmi çox ölkələri qisqandırır.Haqqı görürlər,amma susurlar. Susmayib ləkə,şər,böhtan atan dövlətlərdə var .Amma bizim bir çox ölkələrlə sarsılmaz dostlugumuz vardır ki,hər zaman halal,uzaqgörən siyasətlərinə inamla söykənmişik və bu inam bizdə qarşılıqlı etibar, ədalət və doğrular üzərində öz əksini tapır.Bu dövlətlər arasında böyük inamla Türkiyə dövlətinin adını cəsarətlə çəkə bilərəm ki, göstərdikləri əzmkarlıq, sevgi ,əsl dost,qardaş etibarını sərgiləyir.Var olsun,dostlugumuz,qardaşlığımız ki, önündə heç kəs dura bilməz.Var olsun, bir millət iki dövlət birliyi! Var olsun! Təranə Agalarova
Sizin Reklam Yeriniz