Əlaqə Arxiv
news Image
2020.10.16
21:21
| A A A
Ermənistan diz çökür
Azərbaycan mövcud beynəlxalq öhdəliklərə əməl etmək üçün mütəmadi olaraq terrorizmlə mübarizə sahəsində daxili qanunvericiliyini nəzərdən keçirir, lazımi və əlavə olan dəyişikliklər edir. Müstəqilliyindən sonrakı 30 ildə Azərbaycan yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail oldu, ölkənin böyük həcmli, beynəlxalq sektoru olan neft və qaz hasilatından əldə etdiyi gəlirləri ölkənin infrastrukturunun və qeyri-neft sektorundakı şirkətlərin inkişafına yönəltdi. Hazırda ölkəmiz terrorizmə qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın daxilinə qoşulub və ölkəmizin qanunvericiliyi həmin beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır. İşğal olunmuş ərazilər milli və beynəlxalq nəzarətdən kənar olduğundan, cinayətkar qrupların qanunsuz fəaliyyətlərini müstəqil şəkildə həyata keçirmələri üçün əlverişli şərait yaradır. Bu ərazilərdəki cinayət əməllərindən əldə olunan gəlirlərin dünyanın müxtəlif yerlərində terror fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə olunma riski var. Azərbaycan 1980-ci illərdən bəri terrora məruz qalan bir ölkədir. Bu baxımdan terror problemi respublikamız üçün yeni bir anlayış deyil. Ərazimizdə Ermənistanın birbaşa təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə törədilmiş və minlərlə insanın ölümünə səbəb olan terror fəaliyyətinə dair dəlillər mövcuddur. 1980-ci illərin sonlarından bəri Azərbaycan ərazilərinə iddia edən və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq edən Ermənistan dəfələrlə terror aktları törətdi. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadırlar və hələ də ədalət mühakiməsinə cəlb edilməyiblər. Bundan əlavə onlar uydurma sənədlərlə dünyəvi beynəlxalq təşkilatların gözlərini boyamaq istəyirlər. Bütün bu sənədlərdəki Ermənistanın idarəçilik sistemi və Azərbaycanla olan münaqişəsi ilə bağlı faktlar və dəlillər tamamilə yalandır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağını və onla həmsərhəd olan yeddi rayonu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırım törədib, həmçinin etnik təmizləmələr aparıb və hərbi cinayətlər törədib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin rəsmi şəkildə təsdiq edilməsinə baxmayaraq (822, 853, 874, 884) Ermənistan hələ də işğal altındakı ərazilərimizdən öz ordusunu geri çəkməyib. Keçmiş tarixi yalan faktlardan ibarət olan bu dövlət, işğalda olan ərazilərimizdən çıxmağı hərbi şəkildə rədd edir və Qarabağın Azərbaycanın torpaqları olduğu gerçəyini öz saxta sənədləri ilə ört-basdır etməyə çalışır. Öz gücümüzü qorumalı olduğumuz bu dövr ərzində Azərbaycana İtalya, Macarıstan, Pakistan, İsrail və ən əsas qardaş ölkəmiz olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə yönəlmiş səylərə öz töhfəsini verir. Türkiyənin Azərbaycanla münasibətləri çoxşaxəlidir və strateji səviyyədədir. Tez-tez yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə öz təşəbbüslərini davam etdirir. 1993-cü ildə ermənilərin Dağlıq Qarabağda törətdiyi terrorun nəticəsi olaraq Ermənistanla olan 2 sərhəd qapısını rəsmi şəkildə bağlamışdır və bu vəziyyət Ermənistanın iqtisadi inkişafına mane olmuşdur. Mövcud olan situasiyanın yanı-sıra Ermənistanın daxilində böyük aclıq yaşanır və əhali bundan əlavə öz vətəndaşlarının Azərbaycanın üstünlüyünün qorunduğu və Ermənistanın məğlubiyətinin danılmaz olduğu bu müharibədə döyüşə göndərilməsinin əlehinə bir sıra etiraz aktları nümayis etdirir. Vətəndaşların "ölmək daha yaxşıdır" deyə izah etdikləri həyat şəraitləri bir neçə global xəbər medyası tərəfindən də sosyal şəbəkələrdə çəkilən şəkillərin sübutu ilə öz əksini tapmışdır. Hərşeyə rəğmən Ermənistanın baş naziri olan Nikol Paşinyan, halhazırda ölkəsində yaşanılan çətinlik dövləti çıxılmaz vəziyyətə salsa belə, qarşısına qoyduğu uğursuz strategiyalarla birgə o öz idarəçiliyini sui-istifadə etməkdən geri çəkilmir. Bu da artıq aydın faktordur ki, sadalanan bütün vəziyyətlər Ermənistanın qaçınılmaz süqutunu hazırlayır. Adgözəlli Səbinə Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz