ZƏFƏRƏ DOĞRU!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.
Müsahibə türk müxbirinin Gəncə soyqrımı haqqında verdiyi sualla başladı. Prezident İlham Əliyev bu soyqrımını pislədi və mənfur ermənilərin atəşkəsi ilk pozan tərəf olduğunu bildirdi. Atəşkəsin qəbul olunduğundan 1 gün keçməmiş ermənilərin belə bir şey etmələri, həqiqətən də, bütün dünyaya aqressorun kim olduğunu göstərdi. Şübhəsiz, Türkiyə hər zamankı kimi bizi bu məsələdə də dəstəkləndi. Lakin bəzi ölkələr və Beynəlxalq Təşkilatlar yenə də biganə yanaşaraq etirazlarını bildirmədilər.
Müxbir Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Rusiyada Sergey Lavrovun təşkilatçılığı ilə baş tutan görüşə də toxundu.
Cənab prezident İlham Əliyev müxbirin sualına cavab olaraq bildirdi ki: "Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm."
Bütün dünyada məlumdur ki, Ermənistan işğalçı , yalançı, ölkədir. Hal-hazırda onların sərhədlərini rus əsgərləri qoruyur. Elə ölkənin baş naziri Paşinyanın keçmişinə nəzər salsaq görərik ki, küçədən gələn bir adamdır. O Ermənistanı fəlakətə aparır. Ermənistan dövlətinin Prezidenti Paşinyan təşviş içindədir. Nə etmək lazım olduğunu bilmir. Bu məqsədlə, dəfələrlə o, Rusiya prezidenti Vladimir Putinə zəng etmişdir. Bu onun göstərir ki, artıq Paşinyan özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında onlara elə zərbələr endirir ki, bu da onları pis vəziyyətdə qoyur. Ali Baş Komandan İlham Əliyev vaxtilə, dəfələrlə onlara şans vermişdir. Moskva şəhərində aparılan danışıqlar onlar üçün axırıncı şans idi. Ermənilər isə bu danışıqlara məhəl qoymadılar. Normal olaraq, onlar da başlarına gələcəklərlə də razılaşmalıdırlar.
Prezidentimizin hər zaman xalqının yanında olması, xalqının rifahı üçün bütün səyləri göstərməsi, şəhidlərimizn ailələrinə qayğı göstərməsi, onlarla görüşlərin edilməsi güclü siyasətə, güclü liderə sahib olduğumuzu göstərir. Şəhid ailələrinə ən böyük dəstək torpaqlarımızın alınmasıdır.Azərbaycan hər zaman şəhidləri ilə fəxr edir və edəcək!
Nəsimi RİH Könüllüsü
Hakim Mürşüdov