Əlaqə Arxiv
news Image
2020.10.16
21:30
| A A A
Bütün Xalqın Birliyi
Bütün Xalqın Birliyi Bildiyimiz kimi son günlərdə cəbh xətti istiqamətində vəziyyət gərginləşib. Ermənistan döyüş bölgəsində məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Məhz buna görə Ermənistan ərazisində Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər. Həmişə olduğu kimi bu dəfə də mənfur düşmənimiz ordumuza qalib gələ bilmədikləri üçün beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirirlər. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan xalqı düşmələ daha böyük əzmlə vuruşacaq, torpaqlarımızı azad edəcək.Türkiyə və Pakistan rəhbərliyi hər zaman Azərbaycanın yanında olduğunu və Azərbaycanın bu haqq işini dəstəklədiyini bütün dünyaya bəyan edir. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyini ermənilərin mənfur siyasətinin həqiqi sifətinin tanınması, ha belə, ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xaiin və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmət kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir. Ermənistanın hazırda göstərdiyi cəhdlər yerdsizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişir. Eyni zamanda yaşlı nəsildə, bu gün tam başqa bir dünya görüşünə malikdir. Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Azərbaycan Ordusu öz qələbəsini çalacaq. Çox az qalıb, bir erməni belə olsun torpağımızda tapılmayacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbyacan üçün həyati önəm daşıyır. Bütün Azərbaycan xalqı bu qələbənin yaxında olduğuna inanır, güvənir. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır! Bağırova Günel Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz