Əlaqə Arxiv
news Image
2020.10.17
18:02
| A A A
Prezidentimiz öz müsahibəsində Ermənistan dövlətinin yalanlarını açıqladı
  Sentyabrın 27-dən  etibarən, Azərbaycan Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalmışdır. Məhz həmin tarixdən bu günə qədər mənfur düşmən öz çirkin əməllərindən əl çəkmir. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. 
     Moskva danışıqlarında, hər iki tərəf arasında  2 günlük  hümanitar atəşkəs olmalı idi. Azərbaycan dövləti buna əməl etsə də, Ermənistan dövləti buna əməl etmədi. Bu qısa müddətdən istifadə edərək, Gəncə terrorunu törətdi. Gecə saatlarında baş vermiş hadisədə neçə-neçə yaralananlar və ölənlər vardı. Əlbəttə ki, onların etdikləri cavabsız qalmayacaq.
    Bir sıra  tarixi həqiqətlər var ki, onlar Azərbaycanın tərəfindədir. Bildiyimiz kimi Kürəkçay müqaviləsində ermənilərin adı belə keçməmişdir. XIX əsrin əvvəlində  Qarabağ və Şuşa  xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla bağlı hər kəs oxuya bilər.  Bu müqavilədə  Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Ermənilərin  Qarabağa kütləvi  köçürülməsi XIX əsrdə  başlayıb. Dəqiq tarixlə desək, köçürülmə 1813-cü və 1828-ci illərdə  Rusiya-İran müharibəsindən sonra başlanıb.
    1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cumhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü  İrəvan şəhərinin paytaxt  kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu  Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil,onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.
    Tarix boyu Azərbaycan dövləti öz torpaqları uğrunda daim mübarizə aparmışdır. Bu gün də, Azərbaycan dövləti işğalçı dövlətə  qarşı Vətən müharibəsi  aparır. Azərbaycan dövləti üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan dövləti üçünsə, işğalçılıq müharibəsidir. Cənab Prezidentimiz İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf etdirmək, onun ərazi bütövlüyünü təmin etməkdir.  Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir.
           Əliyeva Zenfira 
          Nəsimi rayon gənci
Sizin Reklam Yeriniz