Əlaqə Arxiv
news Image
2016.11.23
10:10
| A A A
Qarabağ münaqişəsinin həllinin uzanması türk-islam dünyasına da böyük zərər vurur
Hasan Oktay: “Dağlıq Qarabağ münaqişəsi bütün İslam aləminin problemi olaraq qəbul edilməlidir” Vüqar Zifəroğlu: “Dağlıq Qarabağ münaqişəsi bütünlükdə regionun başlıca problemlərindən biri kimi xarakterizə oluna bilər”

Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün türk-islam dünyasına faydası olacaq. Bunu Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. 

Siyasilər də türkiyəli rəsmi ilə həmfikirdirlər. Azərbaycan artıq İslam dünyasında aparıcı mövqeyə yüksəlib. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə açıqlamasında bildirir ki, Dağlıq Qarabağ münaqişəsi bütün İslam aləminin problemi olaraq qəbul edilməlidir:  “O zaman ağla belə bir sual gəlməkdədir: 1.7 milyardlıq əhatəsi olan İslam dünyası bu məsələni həll edə bilmir, yoxsa Azərbaycan problemini İslam dünyasına çatdıra bilmir? Əgər İslam dünyası bu problemi həll etsə, o zaman İslam aləminin fəaliyyətinin dünya siyasətindəki ağırlığı gözlə görülə bilər. Həmçinin digər problemlərin həllində də İslam aləmi aktiv ola bilər. 
Dağlıq Qarabağ probleminin həlli başda regional olmaqla dünyada sülhə qatqı verə bilir. Bu baxımdan Azərbaycan döyüşün xaricindəki bütün arqumentləri irəli sürərək diplomatiyasını daha da aktivlədirməlidir”.  
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu bildirdi ki, Dağlıq Qarabağ problemi 1988-ci ildən indiyədək davam edən bir münaqişə olaraq yalnız Azərbaycanın deyil, bütünlükdə regionun başlıca problemlərindən biri kimi xarakterizə oluna bilər: “Bir anlıq təsəvvür edin ki, əgər Qarabağ problemi olmasaydı, Azərbaycanın inkişafı bu gün hansı səviyyədə ola bilərdi. 
Azərbaycan yalnız Cənubi Qafqazda strateji əhəmiyyətinə görə seçilən ölkə deyil, eyni zamanda Yaxın Şərqin, Orta Asiyanın qapısıdır. Məhz bizim ölkə mərkəzdə olmaqla ətrafdakı türk coğrafiyası üçün əhəmiyyətli bir dayaq nöqtəsidir. Bu coğrafiyanı öz içinə alan əhəmiyyətli transmilli layihələrdə başlıca isim də bizim ölkə olur. Heç şübhəsiz ki, səbəblər bizim əhəmiyyətimizini artıran başlıca məqamlardır və Qarabağ münaqişəsinin həlli ilə türk coğrafiyası arasında böyük körpülərin təməli atıla bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz