04.05.2019-cu il tarixində Binəqədi rayonunda “Səndə Könülver” şüarı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət etmiş gənclər arasında seçim görüşü baş tutdu. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçıının müaviniAygün Əliyeva, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, İnformasiya təminatı və təhlil sektorunun müdiri Aynur Quliyeva, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin müdiri Ələkbər Mustafayev və müraciət etmiş 30 könüllü iştirak edib.
Müsahibəsinin sonunda 19 könüllü Rayon İcra Hakiiyyətində təcrübə keçmək şansı əldə edib.
Məlumat üçünqeyd edək ki, Könüllülük fəaliyyəti 2 ay müddətində davam etdiriləcək. Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.