Əlaqə Arxiv
news Image
2019.12.10
09:57
| A A A
Binəqədi rayonunda 1-9 dekabr "Azərbaycan Könüllülük Həftəsi"çərçivəsində yekun tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı,Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən 1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəsi Namiq Tarverdiyev, Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və s iştirak edib.

Tədbirdən öncə könüllülər tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.

Tədbir Binəqədi rayonunda 5 il müddətində könüllülərlə bağlı görülmüş işlərdən ibarət videoçarxın təqdim edilməsi ilə başlayıb.

İlk olaraq Binəqədi rayonunda 5 illik könüllülük fəaliyyəti ilə bağlı məlumat vermək üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyevaya verilib. A.Əliyeva “Azərbaycanda könülü işinin tarixi və Binəqədi könüllüləri” adlı geniş məruzə ilə çıxış edib. A.Əliyeva qeyd edib ki, son illərdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarışlarda qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində tədbirlərdə on minlərlə könüllünün yüksək və professional fəaliyyəti təşkil edilib.

Çıxış edən “ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Ölkəmizdə könüllülük sahəsində real inkişafın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıldığını və könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlı olduğunu bildirdi.S.Məmmədli ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə geniş könüllü ordusu yarandığını qeyd etdi.

Könüllülər adından çıxış edən Anar Əliyev və Nərmin Məmmədova ölkədə aparılan gənclər siyasətində gənclərin yerindən bəhs etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışına ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə başlayıb və gənclər üçün əsas istiqamətin, təhsil

olduğunu bildirib. Natiq ölkəmizdə gənclərə böyük önəm verildiyini, gənclərin rəhbər vəzifələrə gətirildiyini,onlara yüksək etimad göstərildiyini bildirdi.

Daha sonra Binəqədi Rayonunda könüllülük fəaliyyəti işinin təşkilində göstərdiyi xidmətə görə bir qrup şəxslərə və “Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində Könüllülük işini uğurla başa vurmuş gənclərə Rayon İcra Hakimiyyətinin sertifikatları təqdim edilir.

Sonda Könüllülərin iştirakı ilə bədii hissə təşkil edildi.

Sizin Reklam Yeriniz