Əlaqə Arxiv
news Image
2020.04.17
12:26
| A A A
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə sovqat paylanılıb

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə, qayğıya ehtiyacı olan aztəminatlı ailələrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən köməklik göstərilməsi işləri davam etdirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, BRİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayonda fəaliyyət göstərən bələdiyyələrin və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin könüllü iştirakı ilə qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 20 aprel 2020-ci il tarixinədək tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən aksiya davamlı xarakter daşıyır və bu günə qədər Binəqədi rayonu ərazisində 1500-dən çox ailəyə ərzaq yardımı edilib.

Sizin Reklam Yeriniz