Əlaqə Arxiv
news Image
2020.05.29
17:00
| A A A
Könüllülər hərəkatı keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur

      Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər İli” elan edildi.
      Xüsusi qeyd etmək istəyirəm ki,ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə uzaqgörənliklə xüsusi yanaşan müdrik dövlət xadimi Heydər Əliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin  müəllifi və banisidir.
      Azərbaycan gəncliyinin qüdrətli hamisi və müəllimi Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, savadı, təhsili olmayan gənc həyatda layiqli yer tuta bilməz.Heydər Əliyev 1997-ci ildə respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu ilə görüşündəki nitqində deyirdi ki, müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox illik tələb edir, cünki gələcək bilikli, elmli insanların ciyinləri üzərində qurulacaqdır.Ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun, fundamental milli inkişaf kompensiyasının layiqli davamcısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bugün dövlət gənclər siyasətinin müasir dövrün tələblərinə, yeni beynəlxalq cağrışlara uyğun şəkildə çox uğurla davam etdirir.
      Xüsusi qeyd etmək istəyirəm ki, dövlət başçımızın adı çəkilən sərəncamı gənclərin fəaliyyətinə yeni mezmun, yeni ruh, yeni nəfəs gətirəcək.Sərəncam gənclərin daha da sosiallaşmasına, onların kommunikativ imkan və bacarıqlarının artmasına, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil olunmalarına, onların daxili mənəvi aləminin zənginləşməsinə,dünyagörüşlərinin genişlənməsinə,elmi-intelektual potesiallarının yüksəlməsinə müstəsna təsir göstərəcək.Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın gələcəyini sağlam və müasir düşüncəli vətənpərvər gəncliyin fəaliyyətində görür və əslində, sözügedən Sərəncamla bu fəaliyyətin miqyasının da genişlənməsinə, keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına əlverişli sərait yaradır.
      Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısında Prezident İlham Əliyev demişdir: “Bu gün hər bir vətənpərvər
azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər.Ölkəmizin ümumi inkişafina böyük töhvə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
     Azərbaycan dövləti ölkə gənclərinə hər tərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşərək bu sırada təşəbbüslə, inamla, məhəbbətlə önəmli mövqe tuturlar.

 

Sizin Reklam Yeriniz