Əlaqə Arxiv
news Image
2020.07.09
17:08
| A A A
Yüksək cəmiyyətin yüksək qərarları

Yaşadığımız dünya iki dəhşətli cahan müharibəsi yola vermişdir.Bu müharibələrdə milyonlarla insan həyatını itirmiş , şikəst olmuş,şəhərlər viran qalmış,dövlətlərə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Müharibələr qurtarıb müqavilələr bağlandıqdan sonra da bu fəlakətlərin fəsadları illərlə öz təsirini göstərmişdir. Bundan başqa zaman-zaman müxtəlif bakteriya və virusların yaratdığı dəhşətli xəstəliklər də bioloji müharibə olaraq əhalinin kütləvi şəkildə məhv olmasına şərait yaradan amil kimi ortaya çıxmışdır.Bəşəriyyətin bəlası sayılan taun, vəba sars , ispan qripi , donuz və quş qripləri yayılan müddətdə minlərlə insan öz həyatını itirmişdir.

Çox üzücü haldır ki,bu epidemiyalar müharibələrdən daha dəhşətlidir.Çünki düşmən görünməzdir. Ona qarşı strategiya qurmaq mümkünsüzdür.Və indi də bəşəriyyət növbəti bir təhlükə ilə - Covid - 19 - la üzbəüzdür. Əvvəli Çindən başlayan bu müsibət çox sürətlə bütün dünyaya yayıldı.Ürək ağrısı ilə deməliyik ki,bu sınaq doğma vətənimizdən də yan keçmədi.Xalqımız aylardan bəridir ki çox gərgin şəraitdə öz həyatını sürdürməyə davam edir. Müharibə şəraitində olan ölkəmiz heç bir dövlətdən dəstək görmədən bu gözəgörünməz düşmənə qarşı cəbhə açdı. Özü də eyni zamanda bir çox dövlətlərə maddi, mənəvi dəstək oldu.Bütün bunlar birbaşa dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin illərdən bəri yüksək quruculuq sahəsində göstərdiyi dərin uzaqgörən siyasətinin nəticəsinə əldə olunmuşdur.

Nəsimi rayonu

Mamedova Elnur

Sizin Reklam Yeriniz