Əlaqə Arxiv
news Image
2020.07.23
14:40
| A A A
Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısı

Tarix dəfələrlə sübut edib ki, ermənilər öz məkrli siyasətlərindən əl çəkməyərək Azərbaycanın qədim torpaqlarına göz dikmişlər. 2020-ci iyulun 12-dən etibarən təcavüzkar Ermənistan dövlətinin silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində silahlı qüvvələrimizin mövqelərinə hücum etməsi bunun bariz nümunələrindən biridir. Lakin bu hücumun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası məhv edildi. Ermənistan dövləti tərəfindən  xaincəsinə edilmiş hücumun nəticəsində Vətən torpağını qəhrəmancasına qoruyan bir çox əsgər və rütbəli zabitimiz ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar.  Azərbaycan ordusu düşmən ölkəyə layiqli cavab verərək bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında acizdir.  
          Ermənistan tərəfi hər cür vəhşilikdən, alçaqlıqdan istifadə edərək dinc əhalini, yaşayış yerlərini atəşə tutmaqdan belə çəkinmədilər. Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutması faktı qarşı tərəfin təcavüzkar, heç bir beynəlxalq hüquq normalarına riayət etməyən dövlət olduğunu bütün dünyaya sübut etmiş oldu.  Hərbi hücum nəticəsində əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəymiş, 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilmişdir. Dinc kənd əhalisinə ziyan dəymişdir. Hər gün yaşadıqları evlərin üstünə top mərmiləri atılırdı, lakin buna baxmayarq cəsarətli tovuzlular ordumuzun gücünə inanaraq yaşadıqları kənddən bir adım da kənara çıxmadılar.
      Prezident İlham Əliyev Cənabları  Bu gün vətəndaşların evlərinə, həyətlərinə, eyni zamanda, kənd təsərrüfatına, yollara dəyən ziyanı tez bir zamanda bərpası və daha da yüksək səviyyəyə çatdırılması, təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi barəsində sərəncam imzalayıb. Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib. Ekspertlər əhaliyə, dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirərək tez bir zamanda qiymətləndirmə aparacaqlar. Görüləcək bütün işlər dövlət başçısının nəzarəti altında həyata keçiriləcək. 
         Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Vətən torpaqlarının keşiyində duran, onun bir qarışının düşmən əlinə keçməməsi üçün canlarını qurban verən şəhidlərimizin ailələrinə Prezident İlham Əliyev hər zaman xüsusi qayğı və diqqət yetirmişdir. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir, ehtiyacları təmin edilir.
          Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Şəhid ailələrinə qayğı vitse-prezident Mehriban Əliyevanın da diqqət mərkəzindədir. Mehriban xanım Əliyeva
         Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının təmin olunması haqqında tapşırıq vermişdir. 
        Prezident İlham Əliyevin şəhid ailələrinə qayğı və diqqətini biz 2016-cı il aprel döyüşlərində şəhid olmuş ailələrə edilən yardımlarda da görmüşük. Şəhid ailələri dövlət tərəfindən ev ilə təmin edilmiş, onlara birdəfəlik yardım edilmişdir. 

Fehruzzadə Xatirə
Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz