Xalqımızla ordumuzun vəhdəti qürurvericidir
Azərbaycan ordusunun uğurları XXI əsrdə də davam etməkdədir. Xüsusilə də Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin uğurlu ordu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri şanlı qələbələrə imza atmışdır. Həmçinin ordumuz dünya reytinqində 50-ci pillədə qərarlaşmışdır.
2016-cı ildə Aprel döyüşləri ordumuzun qüdrətini bir daha sübut etmişdir. Bu döyüş nəticəsində Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edilmiş və Dağlıq Qarabağa nəzarət imkanı artmış, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olunmuş və Cəbrayıl, Ağdərə, Füzuli rayonlarında Azərbaycan bayrağı dalğalanmışdır.
Aprel döyüşləri zamanı 300-dən çox canlı erməni qüvvəsi məhv edilib, 500-dən çoxu yaralanıb, 30 tank və 15-dən çox artilleriya qurğusu sıradan çıxarılıb. Sözsüz ki, hər müharibədə olduğu kimi bu müharibə də bizim üçün şəhidsiz bitmədi. Neçə-neçə Mübariz İbrahimovlar, Fərid Əhmədovlar qəhrəmancasına vətən uğrunda canlarından keçdilər.
XXI əsrdə vətənimizin digər uğuru 2018-ci ildə Naxçıvan MR ərazisində yerləşən Şərur rayonunun Günnüt kəndi və ətraf ərazilər mənfur düşmən əsarətindən azad edildi və 11 min hektar ərazi ordumuzun nəzarəti altına keçdi. Qızılqaya yüksəkliyinin geri qaytarılması nəticəsində İrəvan-Yexeknadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yarandı. Bu qələbələr millətimizin orduya inamının artmasına daha da təkan verdi.
2020-ci ilin 12 iyulunda Ermənistanın atəşkəsi növbəti dəfə pozaraq Tovuz rayonu istiqamətində hücuma keçməsi yeni bir döyüşün başlamasına səbəb oldu. Bu döyüşdə Ermənistanın 100 nəfərə yaxın canlı qüvvəsi və texnikası məhv edildi. Lakin Ermənistan hələ də bu faktları təkzib etməkdə davam edir.
Bu döyüş zamanı General-Mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və onların timsalında bir neçə qəhrəmanlarımız şəhidlik zirvəsinə yüksələrək vətənimizin qanlı tarixinə adını yazdırdı.
Prezident İlham Əliyev həmişəki kimi şəhid ailələrinə xüsusi diqqətlə yanaşaraq şəxsən özü General-Mayor Polad Həşimovun anası Səmayə xanım və Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonda danışıb baş-sağlığı verərək hər iki şəhidin ailəsinə mənzil verimişdiri.
Orduya dəstək və şəhidləri anmaq məqsədilə Bakı və ətraf ərazilərdə əhali küçəyə axışaraq yürüş həyata keçirtdi.Daha sonra isə Ali baş komandanın çağırışına səs verərək 55000-dən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən könüllü olaraq qeydiyyatdan keçmişlər.Bu toplum arasında kifayət qədər qadın könüllülərimiz də yer alır.
Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini bildiriblər. Erməni təxribatına qarşı qardaş Türkiyə Cümhuriyyəti də laqeyd yanaşmayaraq öz dəstəyini nümayiş etdirən ilk ölkə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında Azərbaycana dəstək olduğunu bildirirdi. O cümlədən, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil, biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da bu məsələyə biganə qalmayaraq öz dəstəklərini nümayiş etdirdilər. “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.
Yazımın sonunu Azərbaycan Respublikasının Ali Baş Komandanıİlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusuvar!”
Əhmədli Xəmməd
Nəsimi RİH könüllüsü