Cənab Prezident 6 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə çıxışında görünür ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörən siyasəti nəticəsində dövlətimizin pandemiyaya qarşı mübarizədə 215 dünya ölkələri arasında özünəməxsus mübarizə üsulu ilə dövlətimiz ən nümunəvi ölkələr sırasındadır.
2020-ci il 16 iyul tarixindən bu günə qədər yoluxmaların sayı sağalanların sayından xeyli aşağı düşmüşdür. Bütün bu prosesslərdə polislərimiz, həkimlərimiz və digər aidiyyatı olan bütün qurumlar vicdanla və peşəkarcasına öz vəzifələrini həyata keçirmişlər. Nümunə olaraq Respublikada fəaliyyət göstərən 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanalardan 41-i son 17 il ərzində tikilərək və ya əsaslı şəkildə təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilmiş və xalqın xidmətinə verilmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, əlavə olaraq Cənab Prezident təxirəsalınmaz və dərhal verdiyi göstərişə əsasən respublikamızda qısa müddət ərzində 9 ədəd modul tipli xəstəxana tikintisi təşkil olunmuşdur. Iqtisadi və sosial məsələlər də öz həllini tapır. 5 milyona yaxın insan sosial paketlə əhatə edildi, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən cox hərbiçi də dövlət tərəfindən pulsuz mənzillə təmin olunacaq. Cənab Prezident və Birinci vitse-prezident 2020-ci il iyulun 21-də Bakı şəhərinin Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin eləcə də avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən dövlətimizin başçısı demişdir ki, keçən il 934 mənzil verildiyi halda bil il 1500-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Qarabağ müharibəsi əlilləri, əlilliyə görə də aylıq sosial müavinat və ya əmək pensiyası ilə yanaşı Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Ünvanlı dövlət sosial yardımı 1 aprel tarixi ilə müqayisədə 15000 ailə artaraq 85000 ailə yəni 350000 şəxsə verilmişdir.
Öz ailəmi nümunə olaraq göstərmək istəyərdim ki, mənim rəhmətə getmiş əmim idmançı Məmmədov Həsən Bəybala oğlu Qarabağ müharibələri zamanı Xüsusi-Təyinatlı dəstələrdə vətənimiz uğrunda igidcəsinə döyüşərək şəhid olmuşdur. Hörmətli, qayğıkeş Prezidentimiz tərəfindən Məhəmmədli qəsəbəsində nənəm 2 otaqlı və tam təmirli mənzillə təmin edilmişdir. Hal-hazırda nənəm həmin ünvanda yaşayır. Ailəmiz adından Cənab Prezident İlham Əliyevə çox böyük təşəkkürümü bildirirəm.
Qurban Bayramı münasibəti ilə hörmətli Mehriban xanımın tapşırığına əsasən 100000-dən çox insana Qurban Bayramı əti və ərzaq yardımı verilmişdir. Hazırda Azərbaycanın 13 şəhər və rayonlarında sərt karantin rejimi tətbiq edilir.
Pandemiya ilə mübarizədə Azərbaycan Respublikasının Prezidentinin müdrik və uzaqgörən bir dahi lider kimi çox operativ və peşəkar səviyyədə mübarizəsi öz bəhrəsini verməkdədir. Ona görə də hər bir vətəndaşımız bütün verilən məsləhətlərə diqqətlə qulaq asmalı və ciddi riayət etməlidir. Əgər hər bir vətəndaşımız 10 milyonluq Azərbaycan xalqı, gözəl millətimiz, gözəl insanlarımız bu verilən məsləhətlərə əməl etsə ozünü, ailəsini, xalqını qorumuş olar. Allah bu millətə kömək olsun. Hesab edirəm ki, xalqımız Cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkliyi ilə pandemiya dövrünün bütün sınaqlarından şərəflə, ən az itki ilə, alnı açıq çıxacaq. Allah Prezidentimizə və ailəsinə uzun ömür, can sağlığı versin.
Nəsimi rayon sakini Məmmədov Vüqar Eldar oğlu